Azərbaycan İdeyası

Prezidentdən məmurlara növbəti xəbərdarlıq

Tarix:2-02-2017, 16:19
Baxış Sayı:577

Prezidentdən məmurlara növbəti xəbərdarlıq
Hər bir məmur unutmamalıdır ki, o Azərbaycan dövlətini təmsil edir və onun qarşısındakı vətəndaş Azərbaycan xalqına mənsub şəxsdir
Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı geniş və məzmunlu çıxışı ilə bir sıra vacib məqamlara toxundu. Sözügedən Dövlət Proqramının uğurla icra edildiyini bildirən Prezident İlham Əliyev bu prosesin bundan sonra da davam etməsinin vacibliyini xüsusi olaraq qeyd etdi: "Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşmüşdür, dünyada iqtisadi böhran daha da dərinləşmişdir. Amma əvvəlki illərdə görülmüş işlər və islahatlar nəticəsində 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmiş, bütün əsas vəzifələr icra olunmuşdur. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 dəfə artmışdır.
Keçən il yüz mindən çox daimi iş yeri yaradılmışdır". Prezident qeyd edib ki, Azərbaycanda həyata keçirilən siyasətin məqsədi ölkəni gücləndirmək, müstəqilliyi möhkəmləndirmək və dayanıqlı inkişafa nail olmaqdır. Dövlət başçısı bu siyasətin davam etdiriləcəyini də əminliklə vurğuladı. Bildirdi ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşamalıdır: "Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşıya məqsəd kimi qoyulmuşdur".
Prezident İlham Əliyevin hər zaman keçirdiyi mühüm görüşlər, müşavirə və konfranslarda bəzi məmurlar barədə səsləndirdiyi iradları bir daha diqqətə çatdırdı. Dövlət başçısı bununla məmurlara öz işlərinin öhdəsindən layiqincə gəlmək, vətəndaşların problemlərini qısa müddətdə həll etmək mesjını çatdırmış oldu: "Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir. Məmur özünü təvazökar aparmalı, özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. "ASAN xidmət"in bəyənilmə əmsalı 98 faizdir. Bu, birincisi, bizim iradəmizi və siyasətimizi göstərir. İkincisi isə onu göstərir ki, bu cür işləmək mümkündür. Bütün lazımi tədbirlər görüləcək ki, 2017-ci ili də uğurla başa vuraq".
Azərbaycan Prezidentinin konfransda bəzi məmurlar barədə səsləndirdiyi iradlar haqlı hesab edilərək onların dövlət başçısının tövsiyyələrindən nəticə çıxarmaları vacib sayılır. Milli Məclisin deputatı Rafael Cəbrayılov deyir ki, dövlət-vətəndaş münasibətlərinin demokratik əsaslar üzərində qurulması tarixin bütün dönəmlərində aktual məsələ kimi diqqət mərkəzində olub. Onun szlərinə görə, hər bir cəmiyyət bu munasibətlərin demokratiklik keyfiyyətinin yüksəldilməsi istiqamətində daim mübarizə aparıb: "Azərbaycan Respublikasında da bu yönümdə böyük işlər görülüb. Çünki, Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan huquqi, dunyəvi və demokratik respublikadir. Dövlət-vətəndaş münasibətləri öz ifadəsini əsasən dövləti təmsil edən məmurla vətəndaş arasındakı münasibətlərdə tapır. Bu baxımdan da məmur-vətəndaş münasibətlərinin qanunun aliliyi, insan hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması və demokratik əsaslar üzərində qurulmasi vacibdir. Hər bir məmur unutmamalıdır ki, o Azərbaycan dövlətini təmsil edir və onun qarşısındakı vətəndaş Azərbaycan xalqına mənsub şəxsdir. Bu məmurun təmsil etdiyi Azərbaycan Respublikası isə məhz, Azərbaycan xalqının dövlətidir". Millət vəkili bildirib ki, hələ 2007-ci ildə Milli Məclis "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanun qəbul etmişdir: "Bu qanunun tələblərinə görə hər bir məmur özünü tərbiyəli, mədəni, qayğıkeş aparmalı, insanların hüquq və azadlıqlarına, şərəf və ləyaqətinə hormətlə yanaşmalı, qanunu pozmamalı, dövlətin imicinə xələl gətirə biləcək hərəkətlərdən çəkinməlidir. Düşünürəm ki, bu qanuna hər bir məmur nəinki məmur-vətəndaş münasibətlərində, habelə gündəlik həyat və məişətində də əməl etməlidir. Ölkə Prezidenti İlham Əliyev cənabları dövlət-vətəndaş münasibətlərinin demokratik əsaslar üzərində qurulmasına daim calışmış və məmur özbaşnalığına qarşı barışmaz mübarizə aparmışdır. Hər bir məmuru "xalqın xidmətçisi" hesab edən cənab Prezident elə bu günlərdə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bir daha vurğulamışdır ki, "Məmurlar xalqla yaşamalı, özü və ailə üzvləri təvazökar olmalıdırlar". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO