Azərbaycan İdeyası

ETİBARSIZLIQ QURBANI

Tarix:9-02-2017, 11:07
Baxış Sayı:534



Avtomobillərin etibarnamə ilə alınıb-satılmasının sonradan bir sıra problemlərə yol açdığı barədə indiyədək çox deyilib, çox yazılıb. Bu müstəvidə nə qədər maarifləndirmə işi aparılsa da, yenə də bu üsula əl atıb sonradan problemlərlə üzləşənlər vardır.
Sumqayıt şəhəri, 6-cı mkr., ev-32, mənzil 37-də yaşayan vətəndaş Bəşirov İsrafil Əzizulla oğlu redaksiyamıza müraciət edərək oğlunun etibarından sui-istifadə edən şəxs tərəfindən aldadılaraq maddi ziyana məruz qaldığı halda barəsində cinayət işi açıldığından şikayətlənmişdir.
"2014-cü ilin dekabr ayında 99NH969 dövlət qeydiyyat nişanlı "DODGE" markalı avtomobili mülkiyyətçi Rəhimli Fərid İlham oğlunun adından etibarnamə ilə çıxış edən Əlili İlqar Adil oğluna oğlum Ceyhun nağd ödəniş etməklə avtomobili almışdı. Avtomobil "VTB" bankda girovda olduğundan bununla əlaqədar 34 ay banka ödəniş etməyi də öz öhdəsinə götürüb və həmin öhdəliyi mütəmadi qaydada yerinə yetirmişdir.
Azərbaycan Respublikası DİN BDYPYİ-nin 23.11.2016-cı il tarixli məktubundan və ona əlavə olunmuş sənədlərdən də görünür ki, mübahisə edilən "DODGE" markalı avtomobilin mülkiyyətçisi Rəhimli Fərid İlham oğlu olmuşdur. Onun adından şəhadətnamə 27.08.2014-cü il tarixdə verilmişdir. Sonradan həmin avtomobil Əlili İlqar Adil oğlunun etibarnaməli idarəçiliyinə 04.12.2014-cü il tarixdə verilmişdir. Həmin şəxs ilə avtomobilin alqı-satqısı ilə əlaqədar bütün razılıqları əldə etdikdən sonra yuxarıda göstərildiyi kimi ilkin ödənişi edib, Əlili İlqar adil oğlu ilkin mülkiyyətçinin adından çıxış edərək, 03.02.2015-ci il tarixdə oğlum Ceyhuna etibarnamə vermiş və avtomobil faktiki olaraq onun sahibliyinə keçmişdir.
2016-cı ilin mart ayında Rəhimli Fərid İlham oğlu xəstəliyi ilə əlaqədar müalicə məqsədi ilə bankdan kredit götürmək istədikdə ona bildirmişdilər ki, mübahisəli avtomobil ilə əlaqədar kredit bağlanmasa, ona yeni kredit verilməyəcək. Bununla bağlı Rəhimli Fərid oğlum Bəşirov Ceyhuna müraciət edib, avtomobili bankın icazəsi ilə alqı-satqı yolu ilə sənədləşməsini tələb etmişdir. Avtomobili Ceyhun öz adına və yaxınlarımızın adına sənədləşdirə bilməmişdi. Belə ki, bank yalnız Bakıda qeydiyyatı olan şəxsin adına avtomobilin sənədləşməsini tələb edirdi. Yaxınlarımızın heç birinin Bakı şəhərinə qeydiyyatı yox idi. Həmin vaxt Ceyhun yoldaşlıq münasibətlərində olan, Bakı şəhəri, Yasamal rayonu , Ə.Əhmədov küçəsi, ev-30, mənzil-32-də yaşayan Muradov Rəmzan Rəhim oğlunun adına 18.03.2016-cı il tarixdə alqı-satqı yolu ilə rəsmiləşdirilmişdir. Alqı-satqını həyata keçirərkən Muradov Rəmzan Rəhim oğlu Bəşirov Ceyhuna bir manat da ödəməmişdir. Avtomobil formal olaraq Muradov Rəmzan Rəhim oğlunun adına rəsmiləşdirilmişdir. Avtomobil rəsmiləşdirildiyi andan yenidən Muradov Rəmzan Bəşirov Ceyhunun və yaxın qohumumuz Məmmədzadə Məhəmməd İbrahim oğlunun adına etibarnamə verilmişdir. Hal-hazırda Muradov Rəmzan Rəhim oğlu həmin avtomobili Bəşirov Ceyhundan bütün üsul və vasitələrdən istifadə edərək almaq istəyir. Bununla əlaqədar Muradov Rəmzan Yasamal rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir.
Bəşirov Ceyhun da öz növbəsində alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və şəhadətnamənin ləğv edilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia əizəsi Bakı şəhər Yasamal rayon məhkəməsinin hakimi E.Şamayevin icraatında olmuşdur. Məhkəmənin birinci iclasına cavabdeh tərəf gəlməmiş, ikinci iclasına isə cavabdehin atası gələrək, Muradov Rəmzan Rəhim oğlunun məhkəmədə iştirak etməsi üçün məhkəmənin iclasını təxirə salmağı xahiş etmişdir. 14.12.2016-cı il tarixə təyin olunan məhkəmədə məlum oldu ki, əslində iclas 12.12.2016-cı il tarixə təyin olunubmuş, Bəşirov Ceyhunun və onun nümayəndəsinin iştirakı olmadığından iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hal-hazırda iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri götürüb yenidən eyni iddia ilə məhkəməyə müraciət etmişdir.
Hazırda istintaqa cəlb olunmuş şahidlərin ifadəsindən görünür ki, Bəşirov Ceyhunun Muradov Rəmzan Rəhim oğluna qarşı hər hansı bir özbaşınalıq hərəkəti olmamışdır. Buna onun heç tərbiyəsi də yol verməz. Əksinə, onun qanunsuz hərəkətləri nəticəsində oğlumun şərəf və ləyaqətinə xələl gəlmiş, bundan başqa ona külli miqdarda maddi ziyan dəymişdir. İstintaqda dindirilmiş şahidlər yuxarıda göstərilən faktları təsdiq etmişlər. Lakin, burada Muradov Rəmzan Rəhim oğlunun atası Muradov Rəhim vaxtilə prokurorluq orqanlarında işləməsindən sui-istifadə edərək vəzifəli şəxslərə müəyyən münasibətlər yaratmaq, onlara təsir göstərmək niyyətindədir. Yeganə niyyəti isə qanunsuz yolla avtomobili ələ keçirməkdir".
Qeyd edək ki, Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Rasim Hacıyev Yasamal RPİ-nin İŞİD-ə toplanmış 806/16 nömrəli materialı nəzərdən keçirib, CM-nin 322.1 maddəsi ilə cinayət işinin başlanılması barədə 160096134 saylı qərar qəbul etmişdir. İsrafil Bəşirov Yasamal prokurorluğuna ərizə ilə müraciət edərək həmin qərarın ləğv olunmasını, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Səma Səttarqızı
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO