Azərbaycan İdeyası

"Cənab Prezident, əhalini "Azərsu" ASC ilə Tarif Şurasının müştərək biznesindən xilas edin"

Tarix:9-02-2017, 12:38
Baxış Sayı:713

Qaradağ rayonunun Ələt qəsəbəsi Sabir küçəsi ev - 13 ünvanda yaşayan İsgəndərov Əhəd Barat oğlunun ölkə başçısına, Respublika Prokuroruna, "Korrupsiya və Qanun" qəzeti redaksiyasına ünvanladığı müraciətin proloqu möhtərəm Prezident İlham Əliyevin bu sözləri ilə başlayır: "Mən istəyirəm ki, hər bir şəhərə 24 saat fasiləsiz su verilsin. Azərbaycan əhalisinə verilən su Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun olmalıdır".
Müraciət müəllifi xatırladır ki, Kür çayından əhaliyə verilən su sovetlər dönəmində çəkilmiş köhnə xətlərlə daşındığından, həm də Gürcüstandan ta Qarasu nasosxanasına qədər olan ərazinin kanalizasiya və çirkab suları çaya axıdıldığından tərkibi hətta texniki suya da yararsızdır: "Həmin suyu "Azərsu" valyuta ilə almır, artıq xərc çəkilmir. Qaradağ rayonunda əhaliyə su fasilələrlə verilir, təzyiq aşağı olduğu üçün beş və daha hündürmərtəbəli binalarda yaşayanlar elektriklə işləyən su motorlarından istifadə edirlər. Beləliklə, 0, 35 AZN su xərci, 0,15 AZN suyun axıdılması xərci, üstəgəl, orta hesabla da motorun işlətdiyi elektrik enerjisinin xərci toplam 1 kubmetr həcmdə su sərfi 0, 70 AZN-ə başa gəlir".
İsgəndərov yazır ki, NK nəzdində Tarif Şurasının suyun qiymətinin qaldırılması barədə qərarı qəsəbə sakinlərinin onsuz da qənaətbəxş olmayan sosial vəziyyətlərini daha da ağırlaşdırıb: "Bu üzdən onlar "Azərsu" ASC-nin soyğunçu siyasətinə haqlı etiraz edirlər. Tarif Şurasının suyun qiymətinin artımı ilə bağlı məlum qərarı ölkə başçısı cənab İlham Əliyevin sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına yönəlik siyasəti ilə daban-dabana ziddir. Cənab İlham Əliyev bir neçə dəfə özünün xalqın xidmətçisi olduğunu demiş, məmurlardan da ondan nümunə götürmələrini tələb etmişdir. Ələt qəsəbəsinin sakinləri Azərsu" ASC-də və Tarif Şurasında işləyən məmurlardan soruşurlar: Prezident İlham Əliyevin dediyi sözlərin müqabilində suyun qiymətini artırmaları onların xalqa xidmətidir, yoxsa, əhaliyə qarşı törətdikləri soyğunçuluq?
İsgəndərovun yazdığına görə, əhali arasında söz gəzir ki, Tarif Şurası "Azərsu" ASC ilə korruptiv sövdələşmə əsasında suyun qiymətini qaldırıb: "Qaradağ rayonunda su istifadəçisi olan 50 min abonent var. Hər abonent ayda orta hesabla 15 AZN su pulu ödəyəndə Qaradağ Su İdarəsinin gəliri barədə təsəvvürləri dəqiqləşdirmək olar. Təkcə əhali qrupundan 750 min manat! İdarə, müəssisə, təşkilat, iaşə obyektlərinin ödədikləri də əhəmiyyətli məbləğlərlə ölçülür. Bunun qarşılığında Su İdarəsinin xərclərinin dəfələrlə az olduğunu bilmək üçün adi yoxlama aparmaq kifayətdir".
Ağsaqqal qəsəbə sakini xatırladır ki, son 30 il ərzində Qaradağ rayonunun Ələt qəsəbəsində su və kanalizasiya xətlərində nəzərəçarpan əsaslı təmir işi aparılmayıb. Müraciət bu sözlərlə yekunlaşır: "Cənab Prezident, Sizdən xahiş edirik, əhalini "Azərsu" ASC ilə Tarif Şurasının müştərək biznesindən xilas edin".

Əhəd
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb