Azərbaycan İdeyası

İlham Əliyev: Düşmən öz istəyinə nail ola bilmədi

Tarix:28-02-2017, 17:35
Baxış Sayı:908


Prezident İlham Əliyev Avropa Azərbaycanlıları Konqresinin V qurultayının iştirakçılarına müraciət ünvanlayıb. İlham Əliyev: Düşmən öz istəyinə nail ola bilmədi
Korrupsiya və Qanun saytı xəbər verir ki, müraciətində prezident bildirib ki, 2004-cü ildə təsis olunmuş Konqres Avropa ölkələrində məskunlaşan soydaşlarımızın təşkilatlanması və diaspor qurumlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində ardıcıl iş aparıb, qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində uğurlar qazanıb və bu, təqdirəlayiqdir.
“Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həllinə nail olmaq qarşımızda duran ən mühüm ümummilli vəzifədir. Bu günlərdə biz erməni işğalçılarının törətdiyi Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsini bir daha dərin hörmətlə yad edirik. Vaxtilə bu qanlı aksiyanı həyata keçirənlər Azərbaycan xalqını sarsıtmaq və mübarizədən çəkindirmək məqsədi güdürdülər. Lakin əminliklə demək olar ki, düşmən öz istəyinə nail ola bilmədi.
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xalqımız öz qəddini düzəltdi, daxili potensialına güvənərək güclü və müasir dövlət qurdu. Ötən ilin aprelində Ermənistanın cəbhə xəttindəki təxribatlarına ordumuzun layiqli cavab verməsi və torpaqlarımızın bir hissəsinin azad edilməsi əyani şəkildə göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir.

Lakin müasir dövrdə qələbələr tək hərbi yolla deyil, həm də siyasi-intellektual vasitələrlə təmin edilir. Bu sahədə malik olduğumuz vacib resurslardan biri də xarici ölkələrdə yaşayan həmvətənlərimiz və onların yaratdıqları təşkilatlardır. Ona görə də Azərbaycan diasporu, o cümlədən Avropadakı icmalar öz fəaliyyətini daha da genişləndirməli, işlərin koordinasiyasını və dost ölkələrin analoji təşkilatları ilə əlaqələrini gücləndirməlidirlər.

Diaspor nümayəndələri ölkəmizlə bağlı məlumatların, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin Avropa ictimaiyyətinə daha çevik və dolğun çatdırılması, mədəniyyətimizin təbliği və başqa istiqamətlərdə yeni metod və vasitələrdən səmərəli istifadə etməlidirlər. Əminəm ki, Avropa Azərbaycanlıları Konqresinin bu ali toplantısı yüksək işgüzarlıq şəraitində keçəcək, irəli sürülən təkliflər və qəbul edilən qərarlar qurumun işini keyfiyyətcə daha yüksək mərhələyə qaldırmağa xidmət edəcəkdir”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb