Azərbaycan İdeyası

“Belələrinin yeri həbsxanadır” - Qənirə Paşayeva

Tarix:7-08-2017, 15:08
Baxış Sayı:223

 “Belələrinin yeri həbsxanadır” - Qənirə Paşayeva
Qanunlarımızda kiçik yaşlı uşaqlara qarşı cinsi təcavüz edənlərə qarşı cəzalar həddindən artıq sərtləşdirilməlidir.
Korrupsiya və Qanun saytı Moderator.az a istinadal xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva bu gün 9 yaşlı azyaşlının zorlanması ilə bağlı yayılan xəbərə reaksiya verərək feysbuk hesabında yazıb. Onun sözlərinə görə, Milli Məclisin iclasları başlayan kimi ilk çıxış edəcəyi mövzu da məhz bununla bağlı olacaq:
“Yetər artıq! Bu gün bu xəbəri dəhşət içərisində oxudum. Şərəfsizliyin, əxlaqsızlığın ən yüksək nöqtəsidir. Belələrinə insan deməyə dilim gəlmir. 9 yaşlı kiçik bir qıza, baldızının övladına, yəni öz ailəsinin üzvünə qarşı bu cür namussuzluq edən birisi cəmiyyət üçün ən təhlükəli insanlardandır. Ailələr bu cür hadisələr baş verdikdə gizlətməməlidirlər, hüquq-mühafiqə orqanlarına müraciət edib, bu cür insanlıq adına ləkə olanların ağır cəzalanmasına nail olmalıdırlar ki, başqalarına dərs olsun.
Eyni zamanda, bu cür əxlaq sahibinin cəmiyyətdə rahat dolaşması mütləq başqa birisinin də övladını və ya övladlarını böyük təhlükə qarşısında qoya bilər. Belələrinin yeri həbsxanadır, cəmiyyətdən təcriddir və məncə bundan da sərt cəzaları haqq edirlər. Millət vəkili F. Mustafanın bununla bağlı mətbuatda səslənən təkliflərini də dəstəkləyirəm. Gör insanı psixoloji olaraq hansı vəziyyətə gətirirlər ki ən ağır, ən sərt cəzaları dəstəkləyirik”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA