Azərbaycan İdeyası

“Məmurlar baş vermiş hadisədən ciddi dərs götürməlidir

Tarix:7-08-2017, 15:14
Baxış Sayı:274

 “Məmurlar baş vermiş hadisədən ciddi dərs götürməlidir


"Məmur övladlarının avtoxuliqanlıq etməsi cəmiyyətdə haqlı olaraq narazılıqla qarşılanır. Bu yaxınlarda baş vermiş hadisə ölkə mətbuatının, sosial şəbəkənin gündəmindən düşmür”.
Bunu Moderator.az saytına Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, 20-21 yaşlı gənclərin bu cür hadisələr törətməsinin məsuliyyəti həm də onların valideyinlərinin üzərinə düşür: "Onlar övladlarını düzgün tərbiyə etməlidirlər ki, bu cür ağır fəsadlara səbəb olan qəzalar törənməsin. Bizim cəmiyyət də bir problem kimi avtoxüliqanlıq var. Bu da çox ciddi şəkildə bir bəlaya çevrilməkdədir. Hüquq–mühafizə orqanlarının bunu edənlərə qarşı çox sərt münasibəti də var. Ancaq vətəndaşlarımız, xüsusən də gənclərimiz bu cür pis vərdişdən çəkinmirlər. Onu da qeyd etməks istəyirəm ki, tək bizim ölkədə məmur övladları deyil, sadə vətəndaşların da övladları "07" markalı maşınlarla avtoşluq edirlər. Daha çox bu maşınların xüliqanlıq etmələrinin şahidi oluruq. Buna görə də, biz hüquqa söykənməliyik. Ən ağır vəziyyətlər yaradan, insanların həyatını məhv edən şəxslər təbii ki, layiqli cəzalarını alamalıdırlar. Dəfələrlə şahidi olmuşuq ki, məmur övladlarının özbaşınalığına cənab prezident İlham Əliyev çox sərt münasibət bildirib və hətta onların valideyinlərini işdən azad edib, cəzalandırıb. Ölkənin birinci şəxsinin münasibəti ortadadır. Heç kimə güzəşt olunmur. Prezidentin bu münasibəti çox müsbət qarşılanır. Həmçinin unutmayaq ki, cəzasızlıq şəraiti anarxiyaya yol aça bilər. Cəzasızlıq özbaşınalığa gətirib çıxara bilər. Hüquqi dövlətdə cəza mütləqdir. Bu səbəbdən Prezidentin ən sərt münasibəti ortadadır. Hər kəs bundan dərs almalıdır. Qanunu daha da sərtləşdirməliyik ki, bu cür hadisələr təzədən təkrar olunmasın. Dövlət bütün vətəndaşlarını qorumalıdır və necə ki, qoruyur. Məmurlar isə baş vermiş hadisədən ciddi şəkildə dərs götürməlidirlər. Bundan sonra öz övladlarınını davranışına nəzarət etməlidirlər. Təbii ki, bu fikirlər bütün məmur övladlarına aid deyil. Elə məmur övladları var ki, çox sadə, təvazükar, işgüzar, dövlət və milli maraqlar üçün dünyanın bütün yerlərində Azərbaycan üçün çalışırlar. Cənah prezidentin övladları da bir nümünədir. Gördükləri müsbət işlərlə”.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO