Azərbaycan İdeyası

YEVLAX POLİSİNİN İLDƏN İLƏ ADLAYAN "YAXIN MÜDDƏTLİ" VƏDLƏRİ

Tarix:26-01-2018, 11:29
Baxış Sayı:244



Azərbaycanda polisin ictimai qaydanı və təhlükəsizliyi təmin etmə ilə bağlı hüquqları artırılır. Bununla bağlı "Polis haqqında” qanunun 18-ci (İctimai qaydanın və ictimai təhlükəsizliyin təmine dilməsi sahəsində polis əməkdaşının hüquqları) maddəsinə dəyişiklik edilib.
Dəyişikliyə əsasən inzibati xəta törətmiş şəxs barəsində eyni zamanda axtarış aparmaq da polisin hüquqlarına aid olacaq. Lakin gəlin görək, inzibati xəta törətmişlər bir yana dursun, cinayət törətmiş şəxsləri polis gərəkən səviyyədə axtarırmı?
Sadiq oxucularımız "Korrupsiya və qanun" qəzetinin 01 noyabr 2017-ci il tarixli sayca 05(62)-ci nəşrində 10-cu səhifədə dərc olunmuş "Gözdən əlil qadının pulunu alıb yoxa çıxdı" sərlövhəli məqaləni yəqin ki xatırlayarlar. Vətəndaşlar Mehdiyeva Gülşahnaz Ağaşirəli qızının və Salmanov Pənah Dadaş oğlunun ərizələri əsasında hazırlanmış həmin məqalədə əməllərində dələduzluq əlamətləri müşahidə olunan Bəkirova Yeganə Mahmud qızının axtarışı üzrə tədbirlərin Yevlax rayon Polis İdarəsi tərəfindən qənaətbəxş səviyyədə aparılmaması və bu üzdən barəsində çıxarılmış məhkəmə qərarının icra olunmaması qeyd edilmişdir. Redaksiya tərəfindən qəzetin nüsxəsi müşayiətedici məktubla Daxili İşlər Nazirliyinə də göndərilmiş, məqalədə ehtiva olunan məsələlərin araşdırılması və nəticə barədə redaksiyanın məlumatlandırılmasının təmin edilməsi xahiş olunmuşdur.
İndi isə görün, Yevlax rayon Polis Şöbəsinin redaksiyamıza göndərdiyi 27.11.2017-ci il tarixli cavab məktubunda nə yazılıb: "Sizin (baş redaktora müracətlə - red.) 08.11.2017-ci il tarixli 0374 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, vət. Bəkirova Yeganə Mahmud qızının Yevlax rayon Polis Şöbəsinə hər hansı bir şikayəti və ərizəsi daxil olmamışdır. Tərəfimizdən aparılan araşdırma zamanı məlum olmuşdur ki, vət. Bəkirova Yeganə Mahmud qızı Yevlax rayonu Aran qəsəbəsində qeydiyyatda olmasına baxmayaraq uzun illərdi ki, ailəsi ilə birlikdə Bakı şəhərində bizə məlum olmayan ünvanda yaşayır".
RPŞ-nin eyni gündə göndərdiyi ikinci məktubda isə vəd olunur ki, yaxın müddətdə Y. Bəkirovanın Yevlax rayon İcra Şöbəsinə təhvil verilməsi təmin olunacaqdır. Məktuba Y. Bəkirovanın qeydiyyatda olduğu Aran qəsəbə İƏD nümayəndəsinin onun ailəsi ilə birgə Bakıda yaşadığını təsdiqləyən arayış da əlavə olunub.
Məktubda yer alan cümlələrə hətta ötəri baxışla bu qənaətə gəlmək mümkündür ki, o, yalnız cavab yazmaq xatirinə yazılıb. Əvvəla, RPŞ -in məktubunda söhbət Yeganə Bəkirovanın özünün yazdığı deyil, onun barəsində yazılan şikayətdən və ərizədən getməliydi. İkincisi, məktubdan bir daha aydın olur ki, RPŞ araşdırmanı qənaətbəxş səviyyədə aparmaqda, Bəkirovanın yerinin dəqiq müəyyən edilməsində maraqlı olmamış, qohumlarına, onu tanıyan digər şəxslərə yalnız səthi sualllar verməklə kifayətlənmişdir. Məsələn, İƏD nümayəndəsindən soruşulmayıb ki, arayışda təsdiqlədiyi məlumatları kimdən, haradan əldə edib. Necə olur ki, hüquq-mühafizə orqanları olduqca tədbirli, hətta məhbəsdən qaçmağı da bacaran ayıq-sayıq kişi cinayətkarı bir neçə gün ərzində tapıb zərərsizləşdirə bilir, amma zərif cinsin nümayəndəsi olan dələduzu tapa bilmir? "Yaxın müddət" isə uzandıqca uzanır.
Bir başqa məsələ də var - Əgər "göyə çəkilmiş" Y. Bəkirova barəsində 2015-ci ildə məhkəmə qaydasında seçilmiş axtarış qərarının icrasının nəticəsiz qalması vaxtında tam prosedurlara uyğun qaydada rəsmiləşsəydi, indi artıq onun itkin düşməsi haqda da başqa bir məhkəmə qərarı da çıxara bilər. Bəlkə Yevlax polisi bunu istəyir?
Yeri gəlmişkən, itkin düşən insanın ölmüş elan edilməsi üçün qanunla 5 illik müddət nəzərdə tutulur. Hər hansı şəxsin itkin düşmüş hesab edilməsi üçün isə 2 illik müddət lazımdır. Lakin bu hər hansı bir təbii fəlakət nəticəsində və ya bəlli bir hal nəticəsində olubsa, 6 ay müddətində həmin şəxsin ölmüş elan edilməsi ilə bağlı məhkəməyə müraciət edilsə, məhkəmə hökm çıxaracaq ki, onu ölmüş hesab etsinlər. Belə hallarda 6 ayda həmin şəxsin ölmüş elan edilməsi ilə bağlı məhkəmə qətnaməsi çıxarıla bilər.

Korrupsiya və qanun [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO