Azərbaycan İdeyası

"MƏN BU PULU ALIRAM, BU ARVADIN EVİNDƏN O QIZI ÇIXARMAQ ÜÇÜN!"

Tarix:26-01-2018, 12:17
Baxış Sayı:240


- DEYİB VƏDİNƏ ƏMƏL ETMƏYƏN "VƏKİL" ELSEVƏR MİRZƏYEV PROKURORU ŞƏRLƏYİR
Məlum olduğu kimi, Milli Məclisin oktyabrın 31-də keçirilən plenar iclasında "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihələri müzakirəyə çıxarıldı və qəbul olundu. Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etmələrinə icazə verilir. Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur, vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Layihəyə əsasən, kassasiya instansiyasında, yəni, Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.
Qanun layihəsinə keçid müddəalar əlavə olunub. Bu keçid müddəalarına əsasən məhkəmə prosesinə çıxan nümayəndələrə məhkəmə prosesi bitənədək məhkəməyə çıxmaq imkan veriləcək. Digər keçid müddəasına əsasən qanun dekabrda deyil, yanvar ayının 1-də qüvvə minməsi nəzərdə tutulur.
Layihə müzakirə olunanda deputat Siyavuş Novruzov doğru olaraq bildirdi ki, hüquq-mühafizə orqanlarından rüşvət üstündə, qanunsuz fəaliyyətinə görə qovulan bəzi şəxslər işsiz qalan kimi vəkillik fəaliyyəti ilə məşğul olur: "Ali məktəbin yeni bitirmiş tələbələrə üstünlük verilməlidir, nəinki həmin şəxslərə. Çünki onlar hakimlərlə danışıqlara gedirlər və öz maraqları naminə çalışırlar".
Belə "vəkillərin" yarıtmaz xidmətləri barədə şikayətlər KİV-ə də ayaq açır.


Abşeron rayonu, Sumqayıt şossesi ev - 61 ünvanda yaşayan Aslanova Tamara Vəli qızı redaksiyamıza müraciət edərək vəkil kimi tanıdığı Mirzəyev Elsevər Zakir oğlu tərəfindən aldadılaraq ziyana düşdüyünü bildirmişdir. Vətəndaş Aslanova ərizəsində göstərir ki, mənzillə bağlı probleminin həlli üçün hüquqi yardıma ehtiyacı olub və soraqlaşaraq Mirzəyevlə tanış olub. Mirzəyev ona vəd edib ki, problemin həllini (ona məxsus olan, lakin başqa şəxs tərəfindən tutulmuş mənzilin boşaldılmasını) və məhkəmələrdə aylarla süründürülməsini istəmirsə, 3500 manat pul versin, məsələni Abşeron rayon prokuroru ilə anlaşıb yoluna qoysun. Bundan əlavə, mənzil boşalandan sonra ona 1000 manat verilməsini istəyib.
Aslanova danışıqdan üç-dörd gün sonra 3500 manat pulu daha iki nəfər şahidin iştirakı ilə Mirzəyevə verib. Yazır ki, pulun verilməsini əks etdirən videogörüntü də var ki, mobil telefon vasitəsilə Mirzəyevin razılığı ilə qeydə alınıb.
Lakin pulu alandan sonra Mirzəyev telefonunu söndürərək Aslanova ilə təmasdan yayınmağa başlayıb. Nəhayət, bir dəfə onunla danışmaq mümkün olub. Mirzəyev deyib ki, prokuror ondan aldığı pulu qaytarmır, iş də düzəlmir. Tamara xanım həmçinin qeyd etmişdir ki, Mirzəyev onun iştirakı olmadan paytaxtın Nəsimi rayonundakı 22 saylı Notariat Kontorundan onun adından etibarnamə alıb. İndi də deyir ki, kimə istəyir, şikayət etsin, ondan aldığı pulu qaytarmayacaq. Aslanova Abşeron rayon polisinə müraciət etdiyini, işi aparan müstəntiq Cavidanın onu dinləmədiyini, sonra da rayon prokurorluğuna şikayət etdiyini yazmışdır.
Redaksiya olaraq, Aslanovanın təqdim etdiyi 7E-9788 saylı 20.09.2017-ci il tarixli etibarnamənin surətini əlavə etməklə 22 saylı DNK-na sorğu göndərdik. Kontordan aldığımız 05.12.2017-ci il tarixli cavab məktubunda bildirilir ki, kontorda Aslanova Tamara Vəli qızı tərəfindən Mirzəyev Elsevər Zakir oğluna etibarnamə rəsmiləşdirilməmişdir. Belə çıxır ki, Mirzəyev öz niyyətini həyata keçirmək üçün saxta sənəd tərtib etmişdir. Bu isə daha bir cinayətdir.


Mövzuya qayıdacağıq.

Xuraman Əhlimanqızı [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA