Azərbaycan İdeyası

“Korrupsiya və Qanun” qəzetinin Baş redaktoru Xuraman xanım Quliyevaya

Tarix:26-01-2018, 13:37
Baxış Sayı:8 401

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
cənab Fərhad Abdullayevə

Mingəçevir şəhəri, Samux küçəsindəki 48 saylı evdə l994-cü ildən qeydiyyatda olan sakini, 5 uşaq atası 1938-ci il təvəllüdlü Bağırov Ağasalam Salam oğlu tərəfındən
Mob.tel.: (051-328-56-40)

“Azərbaycan Respublikası AIi Məhkəməsi Mülki Kollegiyasının 26 fevral (İş № 2(102)-669/2016) 2016-cı il tarixdə haqqımda hakim Mehparə Əhmədovanın Ali Məhkəməsinin Kollegiya sədrliyi ilə qəbul etdiyi Qərardaddan”

ŞİKAYƏT ƏRİZƏSİ

Mən 4 övlad atasıyam, uzun illər dövlətə namusla, vicdanla işləyib pensiyaya çıxmışam. Sovet dövründə növbəyə durub ailəmizin sayına müvafıq ev almışam. Lakin həyat yoldaşımın xəstəliyinə görə 4 qızım ailə qurduqları üçün oğlum işləməyə Rusiya Federasiyasına gedib, oranın vətəndaşlığını qəbul etdikdən sonra evimizi satdıq. Həmin pulun bir hissəsi ilə həyat yoldaşımı müalicə etdirdim. Oğlum Fərhad Bağırov 1994-cü ildə ailə qurub, Jalə Akif qızı ilə 1996-cı ildə nikaha daxil olub, Sankt-Peterburq şəhərinə getdi. 2012-ci ildə oğlumun müəmmalı şəkildə həmin şəhərdə dünyasını dəyişənədək orada yaşayıblar. Özlərinin orada ayrıca ailə kimi 1 otaqlı evləri olub. Keçmiş gəlinim burada da bizim evimizə uşaqları ilə birlikdə ortaq çıxıb. 1 oğlu, 1 qızı var. Jalə Akif qızı Rusiya vətəndaşlığını çoxdan qəbul etmişdir.
1994-cü ildə tək oğlum Fərhad Bağırovu çox istədiyimdən qaynım İnayət Əliyev bizə ev almaq üçün 8.000 (səkkiz min) ABŞ dolları göndərdiyi pulla Mingəçevirin Samux küçəsindəki 6 sot torpaqdakı 48 saylı evi aldıq. Evi sənədləşdirən zaman Notariat Kontorunun müdiri ilə belə razılığa gəldik ki, oğlum Azərbaycanda yoxdur, atasıyam. Ev üçün verdiyim 8.000 (səkkiz min) dollar pul da oğlumun deyil, bizimdir, mən təqdim edirəm, ancaq evi oğlum Fərhad Bağırovun adına mənim imzamla rəsmiləşdirdik. Oğlumun yerinə onun ad, familiyasının qarşısına 8.000 (səkkiz min) dollar sayıb verib, alqı-satqı müqaviləsinə mən imza etmişəm.
11 oktyabr 2013-cü il tarixli (İş № 2 (051)-1188/2013) Mingəçevir məhkəməsinin sədri hakim Rasim Kazımovun qəbul etdiyi yerli məhkəmə qətnaməsində göstərilib: “Şahid Əliyev İnayət Xeybər oğlu məhkəmə iclasında bildirib ki, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayır və işləyir. O, Mingəçevir şəhəri Samux küçəsi 48 ünvanda yerləşən 6 sot torpaq sahəsi və 2 otaqlı yaşayış evini almaq üçün bacısı, mərhum Şəngül Bağırovaya 8.000 (səkkiz min) ABŞ dolları göndərmişdir”.
Digər şahid Məmmədova Dilşad Həmid qızı məhkəmə iclasında bildirib ki, o, cavabdehlə 1994-cü ildən qonşudur. Mübahisəli evi və torpağı Bağırov Ağasalam Salam oğlu almışdır. İşdə olan qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Mingəçevir şəhəri Samux küçəsi 48 ünvanda yerləşən, əslində 2 otaqlı yaşayış sahəsi 50,7 kv.m olan fərdi yaşayış evi və 600 kv.m torpaq sahəsi mərhum Fərhad Bağırovun adına xüsusi mülkiyyət hüququ ilə 15 dekabr 1994-cü il tarixdən qeydə alınmışdır. Fərhad Bağırov həmin tarixdə Azərbaycana gəlməmişdir.
Mingəçevir şəhər Məhkəməsinin 28 aprel 2015-ci il tarixli (İş № 2 (051)-103/2015) hakim Rasim Kazımovun qəbul etdiyi qətnamədə göstərilib:
“14 dekabr 1994-cü il tarixdə Aparşev Aleksandr İvanovic və oğlum Bağırov Fərhad Ağasalam oğlu arasında Mingəçevir şəhəri, 3 saylı Notariat Kontorunda tərtib olunmuş sənədlərə Ağasalam Bağırov imza etmişdir. Mingəçevir şəhəri, 3 saylı Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlanmışdır. Sonra sənədlər Mingəçevir şəhəri 1 saylı dövlət Notariat Kontorunun balansına verilmişdir. Həmin sənədlər mülki işə əlavə olunmuşdur. Bağırov Fərhad Ağasalam oğlu 26 iyun 2012-ci ildə Sankt-Peterburq şəhərində vəfat etmişdir. 14 dekabr 1994-cü il tarixdən bu günədək həmin evdə Bağırov Ağasalam həyat yoldaşı mərhum Şəngül Bağırova ilə yaşamış, mənzilin və torpağın bütün kommunal xərclərini özü ödəmişdir. 14 dekabr 1994-cü il tarixdən ömrünün son gününədək, yəni 26 iyun 2012-ci il tarixədək oğlum Bağırov Fərhad Ağasalam oğlu Rusiyadan Azərbaycana gəlməmişdir, alqı-satqı müqaviləsi bağlanarkən sənədlərə Rusiya Federasiyasında yaşayan oğlumun əvəzinə mən imza etmişəm. Müqavilə bağlanandan 2 il sonra oğlum 1996-cı ildə Azərbaycana gəlib, ailə həyatı qurub qayıtmışdır. Buna görə Aparşev Aleksandr İvanoviçlə oğlum Bağırov Fərhad Ağasalam oğlu arasında Mingəçevir şəhəri 3 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi ləğv olunmalıdır. Bunlara baxmayaraq məhkəmə vaxtın ötməsini bəhanə edib müqaviləni ləğv etməmişdir.
Yuxarıda adı çəkilən 28 aprel 2015-ci il tarixdə hakim Rasim Kazımovun qəbul etdiyi qətnamədə göstərilib: “Mingəçevir şəhər Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli 2(051)2321/2014 saylı qərardadına əsasən iş üzrə məhkəmə xəttşünaslıq ekspertiziyası təyin edilmişdir.
Azərbaycan Respublikası Məhkəmə Ekspertiziyası Mərkəzinin 06 mart 2015-ci il tarixli 3236 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 55-ci vərəqəsində olan Aparşev Aleksandr İvanoviçlə Bağırov Ağasalam Salam oğlu tərəfindən icra olunmuşdur. Oğlumun bundan xəbəri olmamışdır, çünki o, Azərbaycanda olmayıb.
İşin faktiki hallarından göründüyü kimi, 14 dekabr 1994-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi müqavilə tərəfı kimi göstərilən Bağırov Fərhad Ağasalam oğlu tərəfındən deyil, iddiaçı Bağırov Ağasalam Salam oğlu tərəfındən imzalanmışdır. Bunlara görə də mən qanuni evimi tələb edirəm, çünki hüquqlarım pozulub.
Göstərilənlərə əsasən qətnamədə alqı-satqı müqaviləsi ləğv edilmişdir, etibarsız hesab edilmişdir”.
Azərbaycan Respublikası MM-nin 377-ci maddəsi iddia müddətinin başlanması adlanır. Həmin Məcəllənin 377.1-ci bondində göstərilib: “İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu, bildiyi və ya bilməli olduğu gündən başlanır”. Bildiyim gündən tələb edirəm tapdalanmış, pozulmuş hüquqlarımı.
Həmin Məcəllənin 377.2-ci maddəsində göstərilib: “İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır”.
Azərbaycan Respublikası MM-nin 382-ci maddəsi iddia müddətinin bərpası adlanır. Həmin maddədə göstərilib: “İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və ilaxır) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir”.
Yuxarıda göstərdiyim kimi, həyat yoldaşımın ağır xəstəliyi, növbəyə durub aldığım evi satıb, həyat yoldaşımı müalicə etdirdiyim, pensiyaçı, köməksiz olmağımız, hər ikimizin savadsız olmağımız Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında nəzərə alınmayıb, yerli məhkəmənin ədalətli qətnaməsini ləğv edib qanunlara zidd olaraq 11 fevral 2014-cü il tarixdə İş № 2 (107)-150/2014 saylı qətnamə qəbul etməsini, qüvvədə olan qanunlara zidd hesab edirik. Çünki şahid ifadələrinə, ekspert rəyinə hüquqi qiymət verilməmişdir.
Azərbaycan Respublikası MM-nin 384-cü maddəsi iddia müddətinin şamil edilmədiyi tələblər adlanır.
Həmin Məcəllənin 384.0.4-cü maddəsində göstərilib: “Mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə;
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi mülkiyyət hüququ adlanır.
I. Hər kəsin mülkiyyət hüququ vardır.
II. Xüsusi mülkiyyət hüququ qanunla qorunur.
V. Dövlət vərəsəlik hüququna təminat verir. Ancaq 4 qızıma məhkəmə vərəsəlik hüququna təminat verməmişdir.
Yuxarıdakı faktlardan sübut olunur ki, 8.000 (səkkiz min) dollara ev almağımın mərhum oğlumla heç bir əlaqəsi yoxdur. Bunu 2 nəfər şahidin ifadələri, dövlətin ekspertiza institutunun rəsmi rəyi tam təsdiq etdiyi halda, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının sədri Hümbət Səlimov 11 fevral 2014-cü il tarixdə qəbul etdiyi ədalətsiz, qanunlara zidd qətnaməsində 4 qızımın vərəsəlik hüququnu pozub, öz pulumla alınan evin övladlarıma yox, nəvələrə bölünməsi, yerli məhkəmə qətnaməsinin ləğv edilməsi haqqında ədalətsiz qətnamə qəbul etmişdir. Ev 2 otaqlı olduğu halda vəsatətdə səhvin düzəldilməsi tələb edilsə də, 5 otaqlı kimi əksini tapıb təsdiq olunmuş sənədlərdə.
Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsi mənzil toxunulmazlığı hüququ adlanır. Həmin maddənin 1-ci bəndində göstərilib:
Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi mənzil hüququ adlanır.
I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Ancaq hakim qərarı ilə məni mənzilimdən məhrum etmişdir.
II. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Mənim, ailəmin 1994-cü ildən bəri yaşadığımız mənzilimizdə bundan sonra yaşamaq hüquqlarımız pozulmuşdur. Evimi ədalətsiz bölüblər. Axı mən sağam, həyat yoldaşım dünyasını dəyişib. Vərəsəlik ola bilməz.
Yuxarıda göstərdiyim hüquqlarım pozulduğuna görə pay bölgüsü haqqında məhkəməyə müraciət etməmişəm. Çünki 1994-cü ildən indiyə kimi bu evdə yaşayıram. Daşınmaz əmlakın iddia müddəti Azərbaycan Respublikası MM-nin 373.1-ci maddəsinə əsasən 10 il təşkil edir. Ev alqı-satqısı isə 1994-cü ildə olmuşdur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində göstərilib ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həm də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Hümbət Səlimov bu tələbi əsassız pozub, pulunu özüm verib, çox istədiyim tək oğlumun adına rəsmiləşdirmişəm. Bu şahidlərin ifadələri ilə, dövlət ekspertiziyasının rəyi ilə təsdiq olunub. Bu faktlara Hümbət Səlimov əsassız hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi, Kollegiya sədri Mehparə Əhmədova da, 26 fevral 2016-cı il (İş № 2 (102)-669/2016) tarixli qərarında Şəki Apellyasiya Məhkəməsinin hakimi Hümbət Səlimovun nöqsanlarını ört-basdır edib, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.09.2015-ci il tarixli 2 (107)- 869/2015 nömrəli qətnaməsini dəyişiklik etmədən qanunsuz saxlamışdır. Xatırladım ki, 11 oktyabr 2013-cü il tarixli Mingəçevir Məhkəməsinin hakimi Rasim Kazımovun qəbul etdiyi qətnamədə ev 2 otaqlı olduğu halda, bütün sənədlərdə 5 otaqlı getmişdir. Mingəçevir Samux küçəsi 48-də yerləşən, yaşayış sahəsi 50,7 kv.m olan fərdi yaşayış evi və 600 kv.m torpaq sahəsi üzərində 1/5 payda iddiaçı Bağırova Jalə Akif qızının, 1/5 payda cavabdeh Bağırov Ağasalam Salam oğlunun, 1/5 payda Bağırova Şəngül Xeybər qızının, 1/5 payda Bağırova Leyla Fərhad qızı və 1/5 payda Bağırov Murad Fərhad oğlunun mülkiyyət hüquqları Azərbaycan Respublikası MM-nin 1159-cu maddəsinin 2-ci bəndinin tələbi pozulmaqla tanınmışdır. Çünki ölənin 4 bacısı var, məhkəmə onlara pay ayırmamışdır. 28 aprel 2015-ci il tarixdə hakim Rasim Kazımovun Mingəçevir Məhkəməsində qəbul etdiyi qətnamədə göstərilib: “İddiaçı Bağırov Ağasalam Salam oğlunun cavabdeh Mingəçevir şəhəri 1 saylı Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilsin.
Mingəçevir şəhəri 3 saylı Notariat Kontorunda Aparşev Aleksandr İvanoviçlə mərhum Bağırov Fərhad Ağasalam oğlu arasında 14 dekabr 1994-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Bağırova Leyla Fərhad qızının cavabdehlər Bağırov Ağasalam Salam oğluna və Bağırova Şəngül Xeybər qızına qarşı qanun üzrə birinci növbə vərəsələrin mülkiyyət payının müəyyən olunması tələbinə dair iddiası təmin edilsin”.
Şahid ifadələri və ekspert rəyi ilə sübut olunub ki, pulumu verib, mərhum tək oğlumun adına ev almışam. Buna görə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının vərəsəlik üzrə ədalətsiz, qanunlara zidd pay bölgüsü haqqında hakim Mehparə Əhmədovanın 26 fevral 2016-cı il tarixli (İş № 2 (102)-669/2016) qərarına gec də olsa qəti ETİRAZIMI bildirirəm. Bu qərarın ədalətsiz olduğu üçün ləğv olunmasını xahiş və tələb edirəm.
Azərbaycan Respublikası hüquq-mühafızə orqanı rəhbərlərindən xahiş edirəm Azərbaycan Respublikasının tamhüquqlu vətəndaşı kimi yuxarıda göstərdiyimiz pozulmuş hüquqlarımın bərpa olunmasında Ali Məhkəmənin 26 fevral 2016-cı il tarixli qərarının ləğv edilməsində mənə dövlətimizin atalıq köməkliyini göstərəsiniz. Çünki vətəndaşam, hüquqlarım pozulub, qızlarıma pay ayrılmayıb, oğlumun arvadı və nəvələrim Rusiya vətəndaşlarıdır, onların Sankt-Peterburqda gen-bol oğlumdan miras qalmış mülki var. 1 otaqlı evi, 4 bahalı maşını, 3 ofısi həyat yoldaşına miras qalmışdır. Mingəçevirdə evi oğlumun adına mən aldığım rəsmi şəkildə təsdiq olunub. Ev payı mülkiyyət deyil. Evdə qızlarım və oğlum qeydiyyatda olub. Mingəçevir şəhəri Xətai 11, otaq 2-də evi adına saxta keçməsi üçün mənzil idarəsindən saxta arayış alıb. 4 qızıma evdən pay düşür. Çünki vərəsəlik hüququ bunu tələb edir, pay bölünməyib.
Xahiş edirəm, bu barədə ədalətli qərar qəbul olunmasında bizə qanun ədalət naminə kömək edəsiniz. Təcili kömək gözləyirəm.

İmza: Bağırov Ağasalam Salam oğlu,
mülkün sahibi
Abdullayev Sənan Mövsüm oğlu
Məhərrəmov Şamil Əmrah oğlu
1975-ci ildən Rusiya Jurnalistlər İttifaqının üzvü [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Michaelhax 24 aprel 2018 21:03
  Жалоба     
kamagra oral jelly 100mg factory discount prices
kamagra 100 chewable tablets
kamagra 100mg soft tabs chewable tablets
<a href="http://lkkkopzql.com/">kamagra direct</a>
kamagra oral jelly online usa

kamagra chewable 100 mg reviews
kamagra forum srbija
kamagra kopen eindhoven
<a href="http://lkkkopwql.com/">buy kamagra</a>
kamagra oral jelly
PhilipKal 25 aprel 2018 10:48
  Жалоба     
kamagra gold jelly
kamagra
kamagra kopen
<a href="http://lkkkoqaql.com/">kamagra store erfahrung</a>
kamagra reviews users

kamagra in usa kaufen dundee health
http://kamagrabst.com/
cost of kamagra
<a href="http://lkkkspwql.com/">india kamagra 100mg chewable tablets</a>
kamagra 100mg oral jelly in india

kamagra 100 gold ajanta
super kamagra forum hr
kamagra oral jelly cvs
<a href="http://lkbkspwql.com/">kamagra direct</a>
kamagra reviews does work
Robertwible 26 aprel 2018 06:57
  Жалоба     
female viagra pills in india
<a href="http://viagrapipls.com/">viagra</a>
maximum safe dosage of viagra
generic viagra online
viagra 100mg online india
http://viagrapipls.com/
cialis price vs viagra reviews

cialis generic price
cialis generic
cialis 20 mg prices
<a href="http://cialispaxl.com/">buy cialis online</a>
compare price of cialis and viagra
http://cialispaxl.com/
cialis extra dosage 100mg
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb