Azərbaycan İdeyası

Cinayət işi başlandıqdan 6 aydan artıq vaxt keçdikdən sonra Mətanət Haşımovanın 4 cümlədən ibarət qərar qəbul etməsi faktı da onun qərəzli olduğundan xəbər vermirmi?

Tarix:26-01-2018, 15:25
Baxış Sayı:11 655



Sadiq oxucularımız xatırlayarlar, qəzetimizin keçən il noyabr nəşrində "Korrupsiya və qanun" qəzeti keçmiş əməkdaşının qanunsuz əməllərinə cavabdeh deyil" sərlövhəli məqalə dərc olunmuşdu. Məqalədə etimad göstərib ictimai əsaslarla müxbir götürdüyümüz Zaqatala rayonunun Faldarlı kənd sakini Durmuşov Sadiq Fəxrəddin oğlunun vəzifəsindən sui-istifadə etməsindən, törətdiyi cinayət əməli ilə dərgimizin nüfuzunu zərbə altında qoymasından yazmışdıq.
Əvvəlcə bir daha yada salaq ki, Nəsimi rayon Məhkəməsi 21 iyul 2017-ci il tarixdə Durmuşovun AR Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilsə də, bəzi yüngülləşdirici halları nəzərə alıb üzərində 3000 manat məbləğində cərimə cəzası saxlamışdır. Məhkəmədə S. Durmuşov ilk dəfə törətdiyi cinayət əməlini könüllü etiraf edərək səmimi peşmançılıq hissi keçirdiyini bildirmişdir.
Di gəl, S. Durmuşov dələduzluq əməllərinə son qoymamış, onun barəsində açılmış cinayət işinin istintaqının getdiyi vaxtda belə qəzetin adından sui-istifadə etməklə, ayrı-ayrı vətəndaşları aldatmaqda davam etmişdir. Məqalədə həmçinin Durmuşovun yalan vədlərinə inanan sadəlövh vətəndaşların az olmadığını, onlardan bir neçəsinin adlarını və Sadiqin barəsində redaksiyamıza etdikləri şikayətlərinin motivini də qeyd etmişdik. Bu əməlləri onunla nəticələnmişdir ki, aldatdığı şəxslərdən ikisi - İbrahimov Vaqif Məhəmməd oğlu və Mamedov İlham Həmzət oğlu ondan pullarını geri istədikdə, pulu qəzet rəhbərliyinə verdiyini deməkdən başqa çarəsi qalmamışdır. Adları çəkilən şəxslərin ərizəsini araşdıran Balakən rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Mətanət Haşımova 23 dekabr 2017-ci il tarixli qərarı ilə məni - "Korrupsiya və qanun" qəzetinin baş redaktoru Quliyeva Xuraman Əhliman qızını həmin iki şəxsin etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayəti törətməkdə təqsirləndirmişdir. Müstəntiq Haşımova "müəyyən" etmişdir ki, guya mən Mamedov İlham Həmzət oğluna əlil olduğu üçün dövlət hesabına ev tikdirəcəyimi vəd edərək ondan 2450 manat pul almışam. İbrahimov Vaqif Məhəmməd oğlunu da Balakən rayon Əlillər Cəmiyyətinin sədri vəzifəsinə sədr seçdirəcəyimi vəd edib ondan da 2500 manat pul almışam. Bundan başqa, Vaqifdən I qrup əlil Ceyhun Dadaşovun müalicəsi üçün daha 2800 manat borc almışam. Bunlar azmış kimi, M.Haşımova onu da "müəyyən" etmişdir ki, mən Sadiq Durmuşova onu İnsan Alveriinə Qarşı Mübarizə İdarəsinə işə düzəldəcəyimi yalandan vəd edərək, onun da 5000 manat pulunu ələ keçirərək dələduzluq etmişəm. Başqa sözlə, müstəntiq məni təkcə Sadiqin aldatdığı şəxslərə deyil, həm də onun özünə borclu çıxarır.
Odur ki, müstəntiqin işi qeyri-obyektiv, birtərəfli aparması, işin nəticəsində maraqlı olması barədə hər ikimiz - yəni, mən və C.Dadaşov rayon prokuroruna Etiraz Ərizəsi yazdıq, AR CPM-nin 113-cü maddəsinin tələblərini əldə rəhbər tutub müstəntiq Haşımova Mətanətin 170320060 saylı cinayət işindən kənarlaşdırılması barədə qərar qəbul etməyini xahiş etmişik.
1. Ərizəmizdə göstərdik ki, polis müstəntiqi 6 ay əvvəl qaldırdığı 170320060 saylı cinayət işinin istintaqı üzrə yekun qərarın qəbulunu CPM-nin 218.2.3-cü tələbinə əməl etmədən bu vaxta kimi yubatmışdır (Məcəllədə göstərilir ki, qaldırılan ağır cinayət işi üzrə yekun qərar qəbul etmək üçün müstəntiqə, təhqiqatçıya, prokurora 3 ay müddəti, əgər, 3 ay müddətində yekunlaşdırmaq mümkün olmazsa, cinayət işi Baş Prokurorun müavini tərəfindən ən uzağı 3 ay artırılır). Müstəntiq ötən 6 ay müddətində bizi 4 dəfə iş üzrə izahat vermək üçün Bakıdan Balakən rayonuna gətizdirmiş, bizdən şikayət etmiş vətəndaşlardan pul alıb-almadığımız barədə ifadələr almışdır. Hər gedişimizdə dörd-beş gün, bəzən bir həftə Balakəndə qalmalı olmuşuq. Təsəvvür etmək çətin deyildir ki, bu səfərlər bizə hansı maddi məsrəflər hesabına başa gəlmişdir.
Verdiyimiz ifadələrdə Sadiq Durmuşovu redaksiya işindən kənarlaşdırdığımız üçün bizə qarşı qərəzli olduğunu bildirmiş, pul alıb aldatdığı şəxslərin gözündə məhz redaksiyanı, baş redaktoru təqsirkar çıxarmağa cəhd etdiyini demişik. Onun barəsində Nəsimi rayon məhkəməsinin məlum hökmünü tələb etməsini və cinayət işinə əlavə etməsini müstəntiqdən xahiş etmişik. Müstəntiq hökmü tələb edəcəyini desə də, əməl etmədiyini görüb hökmün surətini özümüz əldə etmiş və 06.10.2017-ci il tarixdə baş tutan növbəti görüşümüzdə müstəntiqə təqdim etmişik. O isə qəbul etməyib, ehtiyac olmadığını bildirmiş, "lazım olarsa, mən məhkəməyə sorğu göndərib həmin hökmü tələb edərəm" demişdir.
Sözügedən cinayət işinin istintaqı aparılarkən Durmuşov Sadiqin qayınatası Həmzət kişi Sadiqin aldadaraq pullarını ələ keçirdiyi vətəndaşlara olan borclarını onun əvəzindən işin istintaqını aparan müstəntiqin vasitəsilə qaytarmışdır. Bu faktı da cinayət işinin istintaqını aparan M.Haşımovanın diqqətinə çatdırsaq da, nəzərə almamışdır.
Bundan başqa, mən, Ceyhun Dadaşov və oğlum Sənan həmin cinayət işi ilə əlaqədar sentyabr ayının ortalarında Balakən rayon Polis Şöbəsinə gedərkən idarə etdiyimiz maşınımız Zaqatala şəhərində yol qəzası baş verməsi səbəbindən dayanmış, bundan xəbər tutan Sadiq Durmuşov DİN-nin "102" xidmətinə zəng edərək, onun guya oğlum Sənan tərəfindən təhqir edildiyini və zorakılığa məruz qaldığı barədə məlumat vermişdir. Bu fakt üzrə Zaqatala rayon Prokurorluğunda araşdırma aparılmış, onun Nazirliyə göndərdiyi məlumatın həqiqətə uyğun olmadığı səbəbindən qeyd etdiyimiz fakt üzrə həmin şöbədə rədd qərarı qəbul edilmişdir. Bu fakt da Sadiq Durmuşovun mənə, eləcə də oğluma qarşı qərəzli olduğunu, şər-böhtan atmağa hazır olduğunu bir daha təsdiq edir. Yuxarıda qeyd etdiyimiz cinayət işinin istintaqını aparan Mətanət Haşımova Durmuşov Sadiqin mənə guya 5000 manat maliyyə vəsaiti verməsi barədə ərizəsinə hüquqi qiymət verərkən, onun mən qarşı qərəzli olduğunu, şər-böhtan atmaqda maraqlı olduğunu da nəzərə almamışdır.
2. İş üzrə digər iştirakçı Mamedov İlham Həmzət oğlu verdiyi ifadəsində göstərir ki, Xuraman Quliyevaya 30.03.2017-ci il tarixində Balakən şəhərində yaşadığı evin yaxınlığında 2500 AZN maliyyə vəsaiti verib və bu faktın da şahidi kimi dələduzluq cinayət əməli törətdiyinə görə məhkum olunan Durmuşov Sadiqi göstərir. Həmin tarixdə isə mən - Quliyeva Xuraman Əhliman qızı ümumiyyətlə, Balakən şəhərində olmamışam. Bu fakt da Mamedov İlhamın Balakən şəhərində mənə pul verməsinin yalan olduğunu təsdiqləyir. Digər başqa bir fakt da Mamedov İlhamın olduğu evdə özünü Mətanət adlandıran və onun həyat yoldaşı kimi təqdim edən qadının Durmuşov Sadiqə məxsus telefona zəng edərək, onun İlhamdan aldığı pulu, necə olur-olsun, ondan geri alacağı barədə səs yazıları diskini də müstəntiq Haşımova Mətanət xanıma təqdim etsək də, o, bu fakta da hüquqi qiymət verməmişdir. Bu fakt da müstəntiq Mətanət Haşımovanın işi nəticəsi ilə maraqlı olduğunu bir daha təsdiq edir.
3. İş üzrə digər iştirakçı İbrahimov Vaqif Məhəmməd oğlu isə onun işə düzəlməsi məqsədilə mənə - Xuraman Quliyevaya Bakı şəhəri "20 yanvar dairəsi" ərazisində aprel ayında 2500 AZN maliyyə vəsaiti verdiyini təsdiqləyir. Dadaşov Ceyhun Xıdır oğlu dəfələrlə verdiyi ifadələrdə, eləcə də İbrahimov Vaqiflə onun arasında üzləşmə istintaq əməliyyatı aparılarkən Bakı şəhərində "20 yanvar dairəsi" ərazisində, Durmuşov Sadiq barəsində qaldırılan cinayət işinin məhkəməyə göndərildiyi ərəfədə 2500 AZN maliyyə vəsaitini Vaqifdən aldığını, bir neçə gün sonra isə Durmuşov Sadiqə qaytarıb verdiyini bildirmişdir. Lakin müstəntiq M.Haşımova bu faktı da saxtalaşdıraraq, mənim guya İbrahimov Vaqifi aldadaraq 2500 AZN maliyyə vəsaitini ələ keçirməyim faktını tərtib etdiyi ittiham qərarında təsdiqləyir. Ceyhunun müalicəsiylə əlaqədar 2800 AZN məbləğində maliyyə vəsaitinin İbrahimov Vaqif tərəfindən mənə verilməsi faktı da həqiqətə uyğun deyil, yalandır. İstintaqa verdiyimiz ifadələrdə və üzləşmə zamanı bu faktı təsdiqləsək də, istintaqı aparan müstrəntiq Mətanət Haşımova həmin fakta da düzgün hüquqi qiymət verməmişdir.
27.12.2017-ci il tarixdə saat 12.30-da Balakən rayon prokuroru cənab Həsən Mirzəyevə müstəntiq Mətanət Haşımovaya qarşı Etiraz barədə Ərizə ilə müraciət edib Bakıya qayıdarkən İsmayıllı rayonu ərazisindən keçdiyim vaxt saat 18.30 radələrində M. Haşımova telefonuma zəng edərək vəkillə onun yanına gəlməməyimin səbəbi ilə maraqlandıqda bildirdim ki, "Sizin istintaqı obyektiv və düzgün apardığınıza inanmıram və bu səbəbdən də işin istintaqından kənarlaşdırılmağınız barədə rayon prokuroruna etiraz ərizəsi ilə müraciət etmişəm və Bakıya qayıdıram". O isə bildirdi ki, "sənə qarşı düzgün olaraq dələduzluq maddəsi ilə cinayət işi qaldırmışam və bu maddəyə layiqsən". Sonra əlavə etdi ki, prokurorun işi çoxdu, başı qarışıqdı". Müstəntiq M.Haşımova bu sözləri ilə istintaqını apardığı işdə maraqlı və mənə qarşı qərəzli olduğunu bir daha təsdiq etdi.
P.S.
Təcrübənin təhlili göstərir ki, müstəntiqlər, bir qayda olaraq, yalnız təqsirləndirilən (təqsirləndirdikləri) şəxsin və ya şübhəli şəxsin hərəkətləri ilə bağlı olan iz və predmetlərin axtarışına səy göstərirlər. Halbuki, qanun cinayət işi üzrə faktiki halların müəyyən olunmasına xidmət edə bilən bütün predmetləri (bizim misalda müstəntiq Haşımovanın görmədiyi və ya görmək istəmədiyi) sonunculara aid edir.

Xuraman Quliyeva

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
JameschumE 26 aprel 2018 03:59
  Жалоба     
generic cialis side effects
cialis generic
cialis generico no brasil
<a href="http://cialispaxl.com/">cialis</a>
when will generic cialis be available in canada
http://cialispaxl.com/
generic cialis soft tabs 20mg
Rickyclamp 26 yanvar 2019 23:11
  Жалоба     
where do i get cialis
<a href="http://erderemedy.com/#">cialis for sale online</a>
is it legal to order viagra from canada
cheap cialis in uk
viagra pill identifier
<a href="http://longerectiletabs.com/#">buy cialis in belgium</a>
viagra pill strength
buy generic cialis pills
is there a generic brand for cialis
Davidstuch 28 yanvar 2019 10:44
  Жалоба     
can i get viagra without doctor
<a href="http://erderemedy.com/#">cheap viagra no prescription online</a>
cialis generika kaufen packstation
what are cialis pills
safe generic cialis online
<a href="http://longerectiletabs.com/#">buy viagra cialis online</a>
sildenafil generic 25mg
best place buy cialis online uk
best retail pharmacy viagra price
buy erectile dysfunction pump cvs 23 mart 2019 05:42
  Жалоба     
fast acting erectile pills
is erectile dysfunction permanent
erectile rehabilitation therapy
coupons for erectile dysfunction
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb