Azərbaycan İdeyası

Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor rəzaləti – şəhər Təhsil şöbəsinin müdiri Nizami Namzovun isə ərizəsi alınıb

Tarix:29-01-2018, 16:20
Baxış Sayı:12 029



 Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor rəzaləti – şəhər Təhsil şöbəsinin müdiri Nizami Namzovun isə ərizəsi alınıb


Hər müəllimi aldığı əmək haqqından 10 manat direktora verməyə məcbur edən H.Abdullayeva, sinif rəhbərlərinə Təhsil nazirliyi tərəfindən verilən təbaşırı belə satır – bir qutu 5 manat.
Sumqayıtdakı mənbədən BakuNews.az-a 9 saylı şəhər tam orta məktəblə bağlı daxil olan məlumat ilk baxışdan təhsil müəssisəsinin yeni təyin olunmuş direktoru Həqiqət Abdullayevanın ölkə qanunlarını çeynədiyi təəssüratını yaradır. Mənbənin bildirdiyinə görə şəhər Təhsil şöbəsinin müdiri Nizami Namazov tərəfindən 9 saylı tam orta məktəbə direktor olaraq yeni təyin olunmuş Həqiqət Abdullayeva təyinatının mürəkkəbi qurumamış bazar qiymətlərini də bu təhsil müəssisəsinə gətirib. Şagirlər üçün nəzərdə tutulmuş Böyük Summativ Qiymətləndirməni 2 manat civarında “qiymətləndirən” direktor bu məbləği ödəməyən şagirdə qiymət yazılmamsı tapşırığını verib. Lakin bununla da kifayətlənməyən xanım direktor məktəbdə çalışan müəllimlərin onsuzda az olan maaşına da əl qoyub. Hər müəllimi aldığı əmək haqqından 10 manat direktora verməyə məcbur edən H.Abdullayeva, sinif rəhbərlərinə Təhsil nazirliyi tərəfindən verilən təbaşırı belə satır – bir qutu 5 manat. Əslində bir müəssisədə bu qədər qanuna zidd məsələ bəsdir deyib, məlumatı bu anda bitirməkdə olardı. Lakin adam sadəcə suç makinası. Belə ki, təhsil müəssisəsinin şəratinin imkan vermədiyi halda fakultətiv fərdi məşğələlər haqqında əmr verib, həmin dərsləri yanvar ayından müəllimlər arasında bölüb. Əslində burada qeyri – adi nə isə olmazdı. Əgər Həqiqət Abdullayeva bu məsələni də pula çevirməsə idi. Məlumatı verən mənbə qeyd etdi ki, məktəb direktoru məşğələləri aparacaq müəllimlərə də konkret məbləğ müəyyən edib. Mənbə əlavə olaraq onu da qeyd etdi ki, bir müddət öncə direktor müavini vəzifəsindən qərəzli şəkildə azad edilən müəllimənin yerinə Təranə adlı müəllimə təyin edilib. Hal – hazırda sabiq müavinlə Təhsil şöbəsi arasında məhkəmə çəkişməsi davam edir. Sumqayıt Təhsil şöbəsinin müdiri Nizami Namazov sabiq müavinin işinə bərpa olunmasına ciddi cəhdlə mane olmaqdadır. Elə buna görə də haqqında çıxarılan qərardan Appelyasiya şikayəti verb. Mənbənin redaksiyaya verdiyi məlumata görə Təhsil şöbəsinin müdiri yeni təyin olunmuş Təranə adlı xanımdan direktor müavini görəvi üçün 10 000 manat “şirinlik” alıb. Lakin informasiyalar bununla da bitmir. Mənbənin bildirdiyinə görə Nizami Namazovun Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri görəvindən alınması üçün artıq ərizəsi də alınıb. Bu isə Nizami Namazov tərəfindən 5000 manat alınaraq müddətli müəllim ştatına götürülən müəllimlərin ciddi təşvişinə səbəb olub. Post –Namazov dövrü bu müəllimlərin nəinki görəvlərinn sonu, o cümlədən vermək məcburiyyətində qaldıqları 5000 manatın da…
Bizi izləyin.
Redaksiya yazıda adı çəkilən qurum və şəxslərində mövqelərini dərc etməyə hazırdır.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO