Azərbaycan İdeyası

5 aydır maaş almayan fəhlələr "Azərinşaat"da gecələdi

Tarix:30-10-2015, 15:32
Baxış Sayı:417

Bir neçə aydır ödənilməyən əmək haqlarını tələb edən «Azərinşaat»ın işçiləri oturaq aksiyanı davam etdirirlər. Onlardan 30 nəfəri gecəni şirkətdə keçirib.
"Korrupsiya və Qanun" qəzetinin AzadlıqRadiosuna istinadən xəbərinə görə, bu barədə işçilərdən biri Rüstəm Musayev məlumat verib.
«Axşam saat 10-a kimi burda 50-60 nəfər idik. Ancaq sonradan yaxında evləri olanları yola saldıq ki, yer dardır, rayondan gələnlər burda rahat gecələsinlər. Ancaq səhər saatlarından işçilər yenidən toplaşırlar. Aksiyamız bu gün də davam edəcək».
Onun dediyinə görə, gecə hər hansı insident baş verməyib. Ancaq səhər saatlarında şirkət yaxınlığına xeyli sayda polis gətirilib. Bundan başqa, Binəqədi rayon İcra Hakimiyyəti nümayəndələrinin də aksiyaçılarla görüşəcəyi gözlənir.
««Azəryolservis» ASC-nin rəhbəri Saleh Məmmədov işçilərə xəbər göndərib ki, noyabrın 3-də hamının maaşını verəcək. Ancaq biz ona inanmırıq. Qoy gəlsin burda söz versin. Ancaq söz versə də, dağılışmayacağıq», - söyləyir aksiya iştirakçısı.
Rüstəm Musayev deyir ki, Saleh Məmmədov pullarını qaytarana kimi oturaq aksiya davam edəcək: «Heç yerə tərpənməyəcəyik. Seçkilərə görə bizi sakitləşdirmək istəyirlər. Ancaq biz noyabrın 3-dək burdayıq».
Rəhbəri bir müddətdir həbsdə yatan və iflas olduğu bildirilən «Azərinşaat» «Azəryolservis»in sifarişlərini yerinə yetirib. Buna görə də aksiya iştirakçıları məvaciblərini sifarişçinin ödəməsini tələb edirlər. Ötən həftə keçirilən aksiyada «Azəryolservis» bildirmişdi ki, bu məsələnin onlara dəxili yoxdur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO