Azərbaycan İdeyası

"Ögey ana"nın Cəmiləsi: "Biz meşədə ayıya, çaqqala rast gələ bilərdik" -

Tarix:30-10-2015, 16:59
Baxış Sayı:365

"Korrupsiya və Qanun" qəzetinin aldığı məlumata görə Milli.Az-ın "Pərdəarxası" rubrikasının bu dəfəki qonağı "Ögey ana" filminin Cəmiləsi Sevinc Axundovadır. Bir filmlə məşhurlaşan Sevinc xanım filmin pərdəarxası məqamlarını Milli.Az oxucuları ilə bölüşür.
"Bu filmə mən kastinq yolu ilə seçilmişdim, halbuki Cəmilə roluna 4 qız kastinqdən keçmişdi. Amma rejissor Həbib İsmayılov sonda mənim üstümdə dayandı. Yəqin ki, o, Cəmiləni bu cür təsvir edirdi. Bircə saçlarım Cəmilə roluna uyğun gəlmirdi, ona görə də onları qısaltdılar. Çəkiliş üçün İsmayıllıya yola düşdük və hər şey oradan başladı.
Filmə çəkiləndə bizə uzun fasilə verirdilər. Biz də çox nadinc uşaq idik, hara gəldi qaçıb çıxırdıq. Oğlanlar futbol oynayırdı, biz qızlar isə yığışıb söhbətləşirdik. Bir dəfə filmin texniki heyəti dağ çəkilişlərini çəkmək üçün dağa çıxıb, əraziyə göz gəzdirməli idilər. Ceyhun da onlarla idi. Mən də filmdə pioner dəstə başçısını oynayan Solmazla bunlara qoşuldum. Anam yalnız onunla getməyə mənə icazə verirdi. İsmayıllının da dağları çox hündür idi. Ceyhunun ayağına nəsə düşdü deyə geri qayıtmalı oldu, amma biz dağın lap hündür yerinə çıxmışdıq. Çox çətinliklə də oradan yerə endik. Hətta üzüm və əllərim tikanlı ağacların budağına dəyib sıyrılmışdı. Rejissor mənim yaxından kadrlarımı çəkməli idi. Buna görə rejissor Həbib İsmayılov məni xeyli danladı. Anam da deyirdi ki, gərək sənə icazə verməzdim. Hər şey bir yana, biz meşədə çaqqala, ayıya da rast gələ bilərdik. Xoşbəxtlikdən o cür təhlükəli hadisə ilə qarşılaşmamışdıq. Bəzən də kənd uşaqlarına qoşulub Qalacıq kənd məktəbinə gedirdik.
Filmdə ən maraqlı və təhlükəli səhnələrdən biri də çay səhnəsi idi. Çay çox dərin və bol sulu idi. Əvvəlcə onun içindən iri daşları çıxardılar və sonra da sınaq çəkilişinə başladıq. Çünki çaya yıxılanda zədələnə bilərdik. Hər dəfə bizi çay aparanda tutub gətirirdilər. Bu səhnəni 4-5 dubla çəkdilər. Əynimizdəki yaş geyimi çıxarıb, digər səhnəni çəkirdilər. Anam həkim olduğuna görə çantasında həmişə spirt gəzdirirdi. Anamı yalandan aldatdılar ki, get spirt gətir. O gedib gələnə kimi biz artıq 4-5 dəfə çaya çıxıb düşmdüşdük. Birinci dəfə çaya yıxılmadım, Cehyunu çaya itələyib qaçdım. İkinci dəfə gördum ki, rejissor onu çağırıb qulağına nə isə dedi. Başa düşdüm ki, onlar məni suya salmaq istəyirlər. Bir kadr çəkdilər, amma kiminsə sifəti kadra düşmüşdü. Ona görə də yenidən bu səhnəni çəkdilər. Su o qədər soyuq idi ki, biz çox bərk xəstələndik.
Nahar vaxtı çatanda bütün kollektiv süfrə başına yığışırdı. Aşbaz bizim üçün xüsusi yeməklər hazırlayırdı. Qalacıq kəndinin yaxşı təbiəti var idi. Ceyhun yaylağa çobanların yanına gedəndə mən də onunla birlikdə getmişdim. Baxmayaraq ki, orada mənim səhnəm yox idi. Amma hər şeyə maraq göstərirdim.
Yarasa səhnəsini Bakıdakı pavilyonda çəkmişdilər. Orada həm oyuncaq, həm də həqiqi yarasadan istifadə edilmişdi. Bu səhnəni o qədər məşq etmişdilər ki, artıq qorxu canımdan çıxmışdı. Qorxsaydım da, oynamalı idim. Amma sözün düzünü desəm, qorxmamışdım. Sadəcə, yalandan qışqırırdım (gülür). Kənardan baxan elə bilər ki, uşağın filmdə çəkilməsi çox asandır. Əslində, bu, belə deyil, çünki hər uşağın özünəməxsus ərköyünlüyü olur. Bizimlə Həbib müəllimdən başqa rejissor köməkçisi də işləyirdi. Həbib müəllim çox mədəni, kübar bir insan idi. O, məni bu filmdən sonra bir neçə filmə dəvət etdi, amma çəkilmək qismət olmadı.
Bu günlərdə "Ögey ana" filminin çəkildiyi evi sosial şəbəkədə paylaşmışdılar. Evə baxıb, o günlərə qayıtdım, nostalji anlar yaşadım. Düzdür, o kənddə uşaq vaxtı olmuşam, amma çox istərdim ki, yenidən gedim həmin evi canlı görüm. Bu kənd ilə xatirələrim çoxdur. Bir dəfə Ceyhun bu kənddə bir tövləyə girmişdi, az qalmışdı ki, inək onu vursun. Kənd camaatı mehriban idi, bizə çox kömək edirdi. Bu filmlə bağlı çox təəsüratlarım var. Bəzən görürsüz ki, böyük rol oynayanlar var, amma heç kimin yaddaşında qalmır. Kövrək də olsam, bu film mənim uşaqlığımın yadigarıdır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.