Azərbaycan İdeyası

"Azercell" çökür

Tarix:3-11-2015, 10:14
Baxış Sayı:373

Azercell-in Balakən, Zaqatala, Qax və Şəkidə olan müştəriləri rabitə əlaqəsindən məhrum olublar.
Bu amil bir sıra dövlət orqanları, idarələr, şirkətlərin işində müəyyən çətinliklərə səbəb olub.
Şəki, Zaqatala, Balakən və Qaxda təqribən axşam 17 radələrindən bu operatorun xidmətindən istifadə qeyri-mümkün olub. Nəticədə istifadəçilər mobil əlaqə saxlamaq imkanından məhrum olublar. Şəkidə apardığımız sorğu zamanı da sakinlər məsələ ilə bağlı narahatlıqlarını bildiriblər.
Bu amil bir sıra dövlət orqanları, idarələr, şirkətlərin işində müəyyən çətinliklərə səbəb olub. Azersell-in Koorporativ Ünsiyyət Şöbəsinin rəhbəri Nigar Şixlinskayanın "Kanal S"ə verdiyi açıqlamaya əsasən, optik kabeldə qırılma olub. Mexaniki zədə baş verib və buna görə də bir neçə saat ərzində bu operatorun xidmətindən istifadə mümkünsüz olub. Şirkət rəsmisinin sözlərinə görə, məsələ ilə əlaqədar mütəxəssislər cəlb olunub və yaranan problemin həlli istiqamətində iş aparılır.
Qeyd edək ki, oxşar problem bundan əvvəllər də bir neçə dəfə qeydə alınıb. Hər halda, bu halın dəfələrlə təkrarlanması və geniş miqyas alması məsələnin ciddiliyindən xəbər verir. Kanal S ( Region TV ) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO