Azərbaycan İdeyası

Smartfon ölçülü mini-kompüter satışa çıxarılır

Tarix:4-11-2015, 16:19
Baxış Sayı:374

Niderlandın “The Hague” şirkəti bazara professional fərdi kompüter və ya noutbukların tam funksiyaları ilə təchiz edilməyən yeni kompakt qurğu çıxaracaq.
"Korrupsiya və Qanun" QƏZETİ "NEWSru”ya istinadən xəbərinə görə, “Ockel Sirius B” adlanan mini-kompüter ilk növbədə sadə istifadəçilərin əsas tələbatını ödəmək üçün nəzərdə tutulur.
Qurğu “Intel” bazası əsasında işləyir və hazırda tərtibatçılar onun istehsalı üçün "Indiegogo” saytı vasitəsilə vəsait toplamaqla məşğuldurlar. Mini-kompüterin əvvəlcədən quraşdırılmayan əməliyyat sistemi ilə qiyməti 149 dollar, “Windows 10” sistemli versiyasının isə 169 dollar təşkil edir.
“Ockel Sirius B” qurğusunun ölçüləri “iPhone 6s” və “Galaxy S6” smartfon modellərinin ölçülərinə yaxın olmaqla 123x79x11 mm-ə bərabərdir. Onun çəkisi 120 qram təşkil edir ki, bu da qeyd olunan smartfonların çəkisindən təxminən 20 qram azdır. Kompüter 1 “HDMI” çıxışı, 2 “USB” portu, mikrofon və qulaqcıq üçün çıxış və “microSD” kartı üçün çıxışla təchiz edilib. Proqram təminatına həmçinin “Atom Bay Trail” prosessoru və “Intel HD Graphics” video kartı daxildir. Daxili yaddaşın tutumu 32 giqabaytdır. Bundan başqa, qurğu ikizolaqlı “802.11 a/b/g/n Wi-Fi” və “Bluetooth 4.0” texnologiyalarını dəstəkləyir.
“Ockel Sirius B” yaradıcılarının sözlərinə görə, kompüterin tədarükünə Yeni il bayramı ərəfəsində başlanılacaq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO