Azərbaycan İdeyası

2 mindən çox müəllimin maaşı artacaq

Tarix:5-11-2015, 11:06
Baxış Sayı:500

Müəllimlərin diaqnostik qiymətləndirməsində iştirak edən müəllimlərin 63%-i yüksək nəticə göstərib.
"Korrupsiya və Qanun" qəzetinə istinadən Təhsil Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Bakı şəhərində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin nəticələrinin ilkin təhlili aparılıb. Qiymətləndirmədə iştirak edən 2204 nəfər müəllimin 63 faizi təqdim edilən sualların 70 faizindən çoxuna düzgün cavab verərək yüksək nəticə nümayiş etdirib:
“Ümumilikdə müəllimlərin 86 faizi sualların 50 faizindən çoxuna düzgün cavab verib. Təqdirəlayiq haldır ki, Qaydalarla müəyyənləşdirilmiş minimum 10 faizlik həddən aşağı nəticə göstərən olmayıb. Beləliklə, bütün iştirakçılar diaqnostik qiymətləndirmədən keçmiş hesab olunub”.
Qeyd edək ki, Bakı şəhərində müəllimlərin diaqnostik qiymətləndirilməsi oktyabrın 29-dan 31-dək keçirilib. İmtahana təhsil sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri cəlb olunublar. Ümumilikdə, qiymətləndirilmədə 2400-dən çox müəllim iştirak edib. Bu ilin sonuna qədər respublikanın daha 12 şəhər və rayonunda diaqnostik qiymətləndirmə keçiriləcək. Növbəti ildən isə qiymətləndirmədən keçən müəllimlərin maaşı artacaq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb