Azərbaycan İdeyası

Sumqayıt yolu yenə çökür

Tarix:11-11-2015, 17:04
Baxış Sayı:7 765

"Korrupsiya və Qanun" qəzeti aldığı məlumata görə bir müddət öncə sürüşmə qeydə alınan Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzal yaxınlığındakı hissəsində çatlar getdikcə genişlənir.
“Qafqazinfo”nun əməkdaşı bu gün yenidən hadisə yerinə baş çəkib. Məlum olub ki, problem tam həllini tapmayıb.
Qeyd edək ki, prezident İlham Əliyevin oktyabrın 25-də Sumqayıt şəhərinə səfəri öncəsi Avtovağzalın yaxınlığındakı yolda çatların üstü asfaltlanıb. İlk günlərdə asfalt örtüyünün altında qalan sürüşmə çatları görünmürdü. Lakin son 3 gün ərzində alt qatda sürüşmənin davam etməsi və çatların daha da genişlənməsi sonradan əlavə edilən asfalt layına da təsir edib. Artıq yeni salınan asfalt örtüyündə çatlar və çökəklər əmələ gəlib. Bu hərəkətlilik yolun orta və sol kənar zolaqlarında da özünü göstərib. Bu da sonradan əlavə edilən asfalt qatının altındakı sürüşmə hərəkətinin nə dərəcədə təhlükəli olduğunu göstərir.
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov açıqlamasında həmin ərazidə baş verən sürüşmə-çökmə hərəkərinin ciddi məsələ olduğunu demişdi: “Hazırda orada ciddi iş gedir, yaxın vaxtlarda başa çatacaq. Ərazidə qorxulu halın baş verməsinin qarşısı alınıb. İstinad divarlarının aşmaması üçün dirəklər vurulub. Bu məsələ ciddi nəzarətdədir. Biz əraziyə mütəxəssislərlə birgə baxış keçirmişik və belə qənaətə gəlmişik ki, bu işlər görülməlidir. İşlər də həyata keçirilir. İnşallah, ona görə də ciddi, qorxulu bir hadisə ola bilməz”.

Murad Əhməd

Foto: Nuran Məmmədov [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb