Azərbaycan İdeyası

DYP küləklə bağlı müraciət etdi

Tarix:5-08-2019, 12:00
Baxış Sayı:210

KORRUPSİYA-Q.AZ

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin küləkli olması ilə bağlı bütün hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə Bakı şəhəri və respublikanın digər ərazilərində hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilib.

Bildirilir ki, sürücülər nəqliyyat vasitələrinin hündür binaların yaxınlığında, balkonların altında saxlamasınlar: “Belə ki, binanın fasadından düşən parçalar nəqliyyat vasitələrinə, sürücü və sərnişinlərə xəsarət yetirə, əmlaka ziyan vura bilər. Həmçinin hündür və aşmağa meyilli ağacların ətrafında da avtomobili park etmək təhlükəlidir. Piyadalardan və sərnişinlərdən xahiş edirik ki, küçə və yollarda hərəkət edərkən son dərəcə diqqətli olsun, binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.

Bundan əlavə, qeyd etmək istəyirik ki, sürücülər hərəkətdə olan zaman hava şəraiti ilə bağlı baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də yarana biləcək təhlükəli vəziyyətlərdə özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün yollarda müəyyən edilən surət həddinə və yol nişanlarının tələblərinə ciddi əməl etməli, yüklərin daşınması zamanı yükləri düzgün qablaşdırmalı, ötmə və manevr hərəkətləri edən zaman daha da diqqətli olmalıdırlar. Baş Dövlət Yol Polisi İdarəsi bu sadalananlara hər bir hərəkət iştirakçısına əməl etməyi tövsiyə edir!"/report/ [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO