Azərbaycan İdeyası

KIŞI BOŞANANDA ELƏ BILIR KI, UŞAQDAN DA BOŞANIR

Tarix:18-10-2019, 11:28
Baxış Sayı:505

Boşanma zamanı fərdlərin qərarına təsir edən əsaslı ünsürlərin başında aliment ödəmək məsuliyyəti gəlir. Aliment uşağın ehtiyaclarını qarşılamaq məqsədi ilə ödənilir. Boşanma mərhələsində olan valideynlər uşaqları üçün aliment ödəməli olduqlarını anlasa da, bir çox halda qərarın icrasına əməl etmir. Bildiyimiz ki, aliment təyin edilərkən tərəflərin sosial və maliyyə durumu mühüm amil kimi götürülür. Buna görə alimentin miqdarı ailədən-ailəyə dəyişir. Bir acınacaqlı məqam var ki, uşağa aliment verməkdən qaçmaq üçün maaşını az yazdıranlar da az deyil. Xalq arasında alimentlə bağlı bilinən doğru və yanlışlar var. Bu sahədə ən ciddi problem isə alimentlə bağlı məhkəmə qətnamələrinin icra edilməməsidir.

Ümumiyyətlə, Azərbaycan kişisi boşananda elə bilir ki, uşaqdan da boşanır. Düşünmür ki, o yeyirsə, övladı da yeməlidir, o geyinirsə, övladı da geyinməlidir.
Boşanma və aliment çəkişmələri KİV-in də ən çox müraciət etdiyi mövzulardandır. "Korrupsiya və Qanun" qəzeti də bu mənada istisna deyildir. Bu günlərdə redaksiyamıza müraciət etmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev-166A ünvanda yaşayan və qeydiyyatda olan Qurbanova Nübar Rəşad qızı bildirir ki, 2003-cü ilin oktyabr ayının 15-də Birləşmiş məhəllə, ev-1, mənzil - 28 ünvana gəlin köçüb. Birgə nigahdan 3 övlad (2005-ci ildə Qurbanova Nigar Mürsəl qızı, 2007-ci ildə Qurbanova Gülnar Mürsəl qızı və Qurbanov Rəşad Mürsəl oğlu) dünyaya gəlmişdir. 2009-cu ildə yoldaşının təkidi ilə yaşayış yerlərini dəyişiblər. 2012-ci ildə əri onu evdən çıxararaq. ata evinə qovmuşdur. Daha 14700 (on dörd min yeddi yüz) manat borcludur və vermək istəmir. Yazır ki, keçmiş əri onun üstünə qadın gətirdiyi üçün aralarında münaqişə yaranıbmış. Məcbur qalıb məhkəməyə müraciət edib, 2012-ci ildə nigah rəsmən pozulub və kişinin üzərinə hər uşaq üçün aylıq 87 manat aliment ödəmək öhdəliyi təyin olunub.
Nübar xanımın sözlərinə görə, o vaxtdan indiyə kimi keçmiş əri hissə-hissə 5000 (beş min) manat ödəsə də, daha 14700 (on dörd min yeddi yüz) manat borcludur və vermək istəmir. Hazırda uşaqları ilə birlikdə acınacaqlı vəziyyətdə yaşadığını yazan Nübar qeyd edir ki, öz valideynlərinin, yəni, uşaqların ana babasının və ana nənəsinin təqaüdləri özlərini belə qane etmir. Aidiyyati qurumlara müraciət etsə də, köməklik göstərən yoxdur.

Alimentlə bağlı qətnamənin icrasına aliment ödəməli olan valideynin yaşayış yeri üzrə İcra şöbələri və Probasiya xidməti həyata keçirir: İlk növbədə, cavabdehə icraata başlamaq haqqında qərar göndərilir və icranı 10 gün müddətinə könüllü təmin etməsi təklif olunur. Qərar könüllü icra olunmadıqda şəxsin mülkiyyətində hər hansı əmlakın olub-olmamağı barəsində müvafiq orqanlara sorğu göndərilir. Əmlakı müəyyən olunarsa, tələb onun əmlakına yönələ bilər. Həmin şəxsin rəsmi iş yerinin olub-olmamağı da müəyyənləşdirilir. Şəxsin barəsində məcburi gətirmə və axtarış tədbirləri, ölkədən çıxışına məhdudiyyət qoyulması kimi tədbirlər də görülə bilər. Bu tədbirlər nəticə vermədikdə şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1 maddəsi ilə məsuliyyətə cəlb edilir. Bundan da nəticə çıxarmayan borcluya sonuncu dəfə xəbərdarlıq edilir, barəsində materiallar toplanılaraq Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə cinayət işinin açılması üçün Ədliyyə Nazirliyinə təqdimat verilir. Həmin maddə ilə borclu cərimə, ictimai işlər, islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Gördüyümüz kimi, qanunda borclunun qətnaməni icra etməsi üçün kifayət qədər məcburiyyət tədbirləri, etmədiyi təqdirdə isə cəza növləri mövcuddur. Amma, vicdanı olan ata məcburiyyət tədbirləri olmadan belə, imkanı çatan vəsaiti övladından əsirgəməz.
Məhkəmə qərarlarının icrasında əsasən Ədliyyə Nazirliyi məsuliyyət daşıyır. Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi də uşaq hüquqları ilə əlaqədar məhkəmə iclaslarında üçüncü şəxs kimi iştirak edə bilər. Bu işdə əsas məsuliyyət ədliyyə orqanlarının üzərinə düşür, çünki məhkəmə qətnamələrinin icrası ilə yalnız İcra şöbələri və Probasiya xidməti məşğuldur, onlar da Ədliyyə Nazirliyinə tabedir. İcra şöbələrinin işindən narazı qalan şəxslər İcra Baş İdarəsinə şikayət edir.
Dünya praktikasına nəzər salaq, bəzi ölkələrdə valideyn haqlı səbəblərdən alimenti ödəyə bilmədikdə dövlət o öhdəliyi öz üzərinə götürür. Lakin borclu tərəf dövlətə borclu qalır və sonradan o borclar ödənilməlidir. Bir çox ölkələrdə aliment fondu yaradılıb. Müəyyən ölkələrdə aliment dövlət tərəfindən müavinət formasında ödənilir.
Alimentin ödənilməsi barədə qərarların icrasına nəzarət edən əsas məsul orqan olan Ədliyyə Nazirliyindən bildirirlər ki, icra qurumlarının icraatında alimentin tutulması tələbinə dair çoxsaylı icra işləri var. Həmin işlərin 95%-dən çoxunun icrası müntəzəm olaraq təmin edilir. 3-5% iş üzrə alimentin ödənilməsində müəyyən səbəblərdən çətinliklər var (borclunun vəfat etməsi, ölkə hüdudlarından kənarda olması, axtarışda olması, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, cəzaçəkmə müəssisəsində olması, ağır xəstəliyinin olması və s.). Bu hallarda səbəbindən asılı olaraq tələbkarlara hüquqları izah olunur. Eyni zamanda müvafiq qurum tərəfindən tələbkarlara alimentin ödənilməməsi barədə arayış verilir ki, sosial yardım almaları üçün aidiyyəti orqana müraciət edə bilsinlər.
Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu şəxslər inzibati (AR İXM-nin 528-ci maddəsi), qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə isə borclu şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilərlər (AR CM-nin 306-cı maddəsi).
Alimentin tutulması tələbinə dair icra işini icra etməkdən boyun qaçıran, gizlənən və ya yeri məlum olmayan şəxslər barəsində icra qanunvericiliyinə əsasən tədbirlər görülür (borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və s.).
Bundan əlavə, borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir. Həmin qərar icra olunması üçün daxili işlər orqanlarına göndərilir. Bununla bağlı Ədliyyə və Daxili İşlər nazirlikərinin birgə əmri var.
Yekun olaraq belə bir nəticəyə gəlmək olar ki, bütün hallarda valideynlər addım atarkən ilk növbədə, övladlarını düşünməlidirlər. Çünki qanuna əməl etməməyin də, qanundakı boşluqlardan yararlanıb məsuliyyətdən qaçmağın da əsas qurbanı məsum uşaqlardır.

Korrupsiya və Qanun [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO