Azərbaycan İdeyası

“Hesab edirəm ki, direktor buna görə kifayət qədər ciddi cəza almalıydı...”

Tarix:25-10-2019, 16:00
Baxış Sayı:140


KORRUPSİYA-Q.AZ
“Əsas müzakirələrə səbəb olan məsələ vaxtında Elinaya ilkin tibbi yardımın göstərilməməsidir”
Bunu Moderator.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Elinanın ölümünə görə məhkəmə tərəfindən cəzalandırılan direktor Sevinc Abbasova haqda danışarkən deyib.

M.Zeynalova direktora verilən cəzanın yüngül olduğunu bildirib:

“Təbii ki, bu hadisə bütün cəmiyyətin diqqət mərkəzində idi və ədalət məhkəməsinin qərarının bu formada olması birmənalı qarşılanmadı. Əksəriyyət bu məsələdə hesab edir ki, ədalət bərpa olunmalıdır. Əsas müzakirələrə səbəb olan məsələ vaxtında Elinaya ilkin tibbi yardımın göstərilməməsi idi. Yəni intihar hadisəsi bu və ya digər şəkildə ola bilərdi, amma vaxtında tibbi yardımın göstərilməməsi, buna biganə qalınması və məhkəmənin bunu nəzərə almaması təbii ki, hamı kimi, məni də narahat edir. Sabah belə bir fikir yaranacaq ki, istənilən halda cəzadan yaxa qurtarıldı və yaxud uşaqların taleyinə belə biganə qalındı. Bu birmənalı şəkildə uşaqlara qarşı olan zorakılığın cəzasız qalmasıdır. Hadisə məktəb çərçivəsində olub, vaxtında yardım göstərilməyib və hesab edirəm ki, direktor buna görə kifayət qədər ciddi cəza almalıydı”.

Qeyd edək ki, məhkəmənin qərarıyla S.Abbasova 2 il 2 ay 14 gün müddətində azadlığın məhdudlaşdırılması və mülki idiaya görə isə 18 min manat tutularaq Elinanın anasında ödənilməsinə qərar verilib [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO