Главная > Sosial > "Elşad Abdullayev məni öz oyununa alət etdi" - Partiya sədri sabiq deputatdan üzr istədi...

"Elşad Abdullayev məni öz oyununa alət etdi" - Partiya sədri sabiq deputatdan üzr istədi...


15-08-2022, 18:18. Разместил: Xuraman Quliyeva
"Elşad Abdullayev məni öz oyununa alət etdi" - Partiya sədri sabiq deputatdan üzr istədi...

Xalq Partiyasının sədri: “Gülər Əhmədovaya qarşı çıxışımı mənə Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev göndərərək, oyununa alət etdi”

Bugün Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə sabiq millət vəkili Gülər Əhmədovanın Müstəqil Xalq Patyiyasının sədri Əflan İbrahimova qarşı xüsusi ittiham qaydasında iddiasına baxılıb.

Korrupsiya və qanun qəzeti moderator.az istinad olaraq verdiyi məlumatına görə Hakim Ş.Nəcəfova tərəflərə hüquqlarını bəyan edib. Prosesdə məlum olub ki, Əflan İbrahimov dövlət tərəfindən ayrılan vəkili qəbul etsə də, o üzürlü səbəblərdən məhkəmədə iştirak edə bilmir.

Proses sentyabrın 17-dək təxirə salınıb.

Məhkəmə sonrası Əflan İbrahimov Moderator.az-a açıqlamasında Qarabağ müharibəsi veteranı olduğunu, bu yaxınlarda ürəyindən əməliyyat olunduğu üçün çıxışında bir qədər yanlışlığa yol verdiyini dedi: “Mənim Gülər xanımla heç bir artıq əksik söhbətim olmayıb. “LAF” TV-dəki Gülər Əhmədovaya qarşı çıxışımı mənə hazırda Fransada mühacir həyatı yaşayan, ABU-nun qalmaqallı sabiq rektoru Elşad Abdullayev göndərərək, oyununa alət etdi.Verilişə qonaq gedəndə öncədən orada nələr danışacağımı bilirdim. İndi Gülər xanımla problemlərim yaranıb. Buradan Gülər xanımdan üzr istəyirəm”.

Gülər Əhmədova Əflan İbrahimovu uzun müddətdir tanıdığını bizə açıqlamasındakı sözlərinin üzərində dayanıb-dayanmadığın yazılı qeyd etdikdən sonra, bu barədə addım atacağını bildirdi.

"Elşad Abdullayev məni öz oyununa alət etdi" - Partiya sədri sabiq deputatdan üzr istədi...
"Elşad Abdullayev məni öz oyununa alət etdi" - Partiya sədri sabiq deputatdan üzr istədi...

Korrupsiya və qanun
Вернуться назад