Главная > Sosial > MİLLİ BANKDA İNFARKT KEÇİRMİŞ MANATA BAŞÇƏKMƏ MƏRASİMİ KEÇİRİLƏCƏK-YENİLƏNİR

MİLLİ BANKDA İNFARKT KEÇİRMİŞ MANATA BAŞÇƏKMƏ MƏRASİMİ KEÇİRİLƏCƏK-YENİLƏNİR


26-02-2015, 15:31. Разместил: Xuraman Quliyeva
1992-ci ildə Milli Bankda anadan olmuş MANAT 21 fevral 2015-ci il tarixdə, 23 yaşında qəflətən ürək tutmasından infarkt keçirmişdir! Manatın mənəvi atası, Milli Bankın sədri Elman Rüstəmovun verdiyi ilkin məlumata görə, Manat bir müddət imiş ki, özünü pis hiss edirmiş, özünü şübhəli aparırmış. Hətta Elman Rüstəmov onu bir neçə dəfə Fransaya aparıb təzədən müalicə etdirmişdir. Lakin nəticəsi olmamışdır. Məsələ ondadır ki, Manat son illər pis vərdişə mübtəla olubmuş. O, neçə il imiş ki, naməlum səbəbdən dolların və evronun arxasına düşüb qaçırmış... Uzun məsafəyə qaçış isə onun son günlər tənginəfəs olmasına gətirib çıxarmışdır. Ötən şənbə günü o, qəflətən beyin iflici və ağır formada infarkt olmuşdur. Xəstəyə başçəkmə mərasimi sabah saat 9:00-dan Milli Bankın baş ofisində, Elman Rüstəmovun kabinetində keçiriləcək. Mərasimdə Milli Bankın sədri Elman Rüstəmovun vidayabənzər çıxış edəcəyi gözlənilir.
Həkimlərin sözlərinə görə, xəstənin vəziyyəti kritikdir. Bütün pensiyaçılar adından Allaha dua edirik ki, Manata şəfa versin, yetim-yüsürləri dolların ümidinə qoymasın!
Xəstənin yaxın qohum-əqrəbaları olan müəllimlər və pensiyaçılar!

Вернуться назад