Главная > Sosial > Prezident İlham Əliyev TQDK ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev TQDK ilə bağlı sərəncam imzaladı24-10-2013, 09:51. Разместил: Aygün Əminova |
Sərəncamda TQDK kollegiyasının tərkibinin təsdiq edilməsi öz əksini tapıb AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkə prezidenti Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kollegiyasının aşağıdakı tərkibi təsdiq edilməsi haqqında göstəriş verilib: Kollegiyanın sədri: Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Kollegiyanın üzvləri: Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Aparatının rəhbəri Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin müdiri Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təşkilat şöbəsinin müdiri Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ali təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional bölməsinin rəhbəri. Вернуться назад |