Главная > Sosial > Sumqayıt LAVAMED klinikasında insanlar şərlənir- SƏS YAZISI

Sumqayıt LAVAMED klinikasında insanlar şərlənir- SƏS YAZISI


29-01-2018, 16:27. Разместил: Xuraman Quliyeva

 Sumqayıt LAVAMED klinikasında insanlar şərlənir- SƏS YAZISI


Bir neçə gün öncə Sumqayt şəhəri, Heydər Əliyev prospekti 23 ünvanında, 1 saylı doğum evinin yanında yerləşən “Lavamed” Klinikasının sahibi sayılan Əhməd Quliyevin insanların səmimiliyindən istifadə edərək bir neçə şəxsə külli miqdarda pul atması və həmin kilinikaya haram pulla yiyələnməsi ilə bağlı Xəbəral.az saytında geniş bir yazı dərc etmişdik.
Hal-hazırda sözügedən cinayət işi Ağır Cinayətlər Məhkəməsində olduğundan məhkəmə prosesinin gedişatına mane olmamaq üçün şikayətçilərin adların şərti yazmışdıq.
Belə ki, Əhməd Quliyev bir neçə insanların etibarından sui-istifadə edərək, analoqu olmayan dələduzluq edərək Xalidə xanımın 317000 AZN, Yasin müəllimin 260000 ABŞ dolları ,Elşad müəllimin 10000 AZN pullarını mənimsəmişdir.(Adlar şərti saxlanılır)
Böyük bir iş qurmaq adı ilə alınan bu pullar adı çəkilən insanları evsiz-eşiksiz qoyub, çöllərə salmağa səbəb olmuşdur. Əhməd Quliyevin iş bazlıq məharəti “Çox gözəl alınsa da”, günahsız insanların evlərində, ailələrində böyük söz-söhbət salaraq intihar həddinə geniş bir yol açmışdır.
Bir sözlə, Yasin müəllimə vəd etdiyi obyekti yenidən Xalidə xanıma da söz verib, sonra isə bir nəfər xanıma 825 kv.m obyekti 5 aylıq sələmlə 200000 AZN pula problemli şəkildə satmışdır.
Biz də Xəbəral.az saytı olaraq, redaksiyamıza müraciət edən vətəndaşların şikayəti əsasında Əhməd Quliyevin və onun rəhbəri olduğu “Lavamed” klinikasında olan özbaşınalıqlarla bağlı yazını dərc etdik. Qarşı tərəfin mövqeyin öyrənmək üçün Əhməd Quliyevlə əlaqə saxladıq. Doğrudan, çox səmimi danışdı, bilindi ki, insanla dil tapmaqda “mahir ustadır”. Birbaşa bizimlə dost olacağını söylədi, mən sizinlə əlaqə saxlayacam,iclasdayam deyib telefonu söndürdü.
Bir neçə saat keçdikdən sonra başqa bir nömrədən Əhməd Quliyevin köməkçisi adı ilə Əzimə adlı bir xanım bizimlə əlaqə saxladı.Əslində, biz Əzimə xanım barədə Sumqayıt sakinlərindən eşitmişdik. “Lavamed kilinikasına”gələn insanlar Əziməni Əhməd bəyin həm yaxını, həm də böyük qayğı ilə müdafiəçisi kimi tanıyırlar. Buna misal olaraq, sözügedən məsələ ilə bağlı Yasin adlı şəxs(ad şərtidir)Əhməd Quliyevdən öz halal pulunu tələb etmək üçün “Lavamed”kilinikasına gedəndə Əzimə xanım Yasin bəyə hücum edib, 102 xidmətinə zəng edib borc yiyəsin şərləmişdir.
Doğrudan, bizə də maraqlıdır Əzimə xanım Əhməd bəyin vəkilidir ya “Lavamed”kilinikasının işçisi? Bu məsələ ilə bağlı yollandıq “Lavamed”kilinikasına, hər yer kamera idi. Yasin müəllim həmin gün təhlükəsizlik kameraları vasitəsi ilə şərləndiyi məlum olduğundan ehtiyatımızı əldən vermədik.
Kilinikaya daxil olarkən, Əzimə xanımı soruşduq. Əzimə xanım özünü adi işçi kimi aparmırdı, hətta işçilərin belə xanımdan çəkindiyini hiss etdik. Əhməd bəyin otağına qalxdıq, yenə də Əzimə xanım yanımızda oldu.Demək olar ki,Lavamedi Əzimə xanım idarə edirdi. Beləliklə,biz də bir Azərbaycanlı kimi Əhməd Quliyevdən insanların pulunu qaytarmasını xahiş etdik.
Əhməd Quliyev çox danışa bilmirdi, çünki Əzimə xanım imkan vermirdi. Əhməd bəy də saytımızda yazının getməməsin israrla desə də, biz vətəndaşları ələ salmağını, onları evsiz qoymağını böyük xahiş etdik.
Nəhayət, yazını Xəbəral.az saytında verdik, axı bu qədər haqsızlıq olmaz? Əhmədin Əziməsi öz “qabiliyyətin” görsəfib, telefonumuza zəng edərək hədə ilə yazının yığışdırmağımızı istədi, biz də cavabımızda Əzimə xanıma bildirdik ki,ay xanım bura bazar deyil, Xəbəral.az saytıdır. Əzimə xanım isə bizi Korrupsiya qarşı Mübarizə İdarəsi ilə hədələyərək nəşriyyata gəlib, bizi orda sürüyəcəyini dedi. Doğrudan maraqlıdır, Əzimə xanım Lavamedin işçisidir ya Əhməd Quliyevin adam şərləyəni? Dəfələrlə yazını silməyimizi istədi, silməsək bizdən 1200 m pul istəmisiz deyərək şərləyəcəm sizi dedi.
Eşitdiklərimiz başımıza gəldi. Bir daha şahid olduq ki,Əzimə xanım ” Lavamed”klinikasına gələnləri bax bu cür rüşvətlə şərləyib tutduracağın bildirir. İnanırıq ki, yaxın günlərdə Əhməd Quliyevə ona yaxın olan Əzimə xanım sadə aldanmış vətəndaşların pulunu qaytaracaq ya da ən azından qanun qarşısında cavab verib lazımı cəzalarını alacaqlar. Azərbaycan Respublikasında qanunlar və qanundan qorxmayan bəzi insanlar var.
Biz də öz növbəmizdə Əhməd Quliyev tərəfindən aldadılan insanların haqq səslərini Xəbəral.az saytında işıqlandırmağa daimi hazırıq.
Bizi şərləməyə çalışan Əzimə xanımın səs yazısın sizlərə təqdim edirik .



Вернуться назад