Главная > Sosial > “Güzəştli mənzil”lərin satışı niyə baş tutmadı?

“Güzəştli mənzil”lərin satışı niyə baş tutmadı?


5-09-2018, 12:31. Разместил: Xuraman Quliyeva

  “Güzəştli mənzil”lərin satışı niyə baş tutmadı?

Bu gün saat 11:00-da Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışına başlanılsa da, proses baş tutmayıb.
ONN media xəbər verir ki, satışın həyata keçirilməsi üçün "Elektron hökumət” portalında (e-gov.az) yaradılmış “Güzəştli mənzil” sisteminə qısa müddət ərzində giriş çox olduğundan bu dəfə də sistem çöküb.
Məsələ ilə bağlı MİDA vətəndaşlara müraciət edərək mənzil seçimi prosesinin hazırda dayandırıldığını və saat 15:00-dan etibarən yenidən aktivləşəcəyini bildirib.
Qeyd edək ki, ilk dəfə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən mayda Yasamal Yaşayış Kompleksində sosial mənzillərin satışı təşkil edilsə də, sonradan proses dayandırılıb və nəticələr ləğv edilib. Mənzillərin təkrar satışı bu gün saat 11-dən etibarən başlanılacaqdı.
Bir otaqlıların qiyməti 29 min 925 manatdan, iki otaqlı mənzillərin qiyməti 47 min 282 manatdan, üç otaqlı mənzillərin qiyməti isə 65 min 626 manatdan başlayır. Mənzillərin satış qiymətinə əlavə dəyər vergisi daxildir.


Вернуться назад