Azərbaycan İdeyası

AZƏRBAYCAN VƏKILLƏR KOLLEGIYASININ SƏDRI CƏNAB ANAR BAĞIROVA

Tarix:30-04-2020, 13:41
Baxış Sayı:386

Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi, ev-28 ünvanda yaşayan Quliyeva Xuraman Əhliman qızı tərəfindən
ƏRİZƏ
Hörmətli Anar müəllim!
Dövlətimiz vəkilliyin inkişafına böyük diqqət ayırır. Ölkəmizdə vəkillik sahəsində aparılan mütərəqqi islahatlar nəticəsində ölkədə vəkillərin sayı və öz peşə fəaliyyətlərini dolğun həyata keçirmək imkanları əhəmiyyətli dərədəcə artmışdır. Üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən Azərbaycan Vəkillər Kollegiyası da öz işini müasir dövrün tələblərinə uyğun qurur.
Şəxsən mən Vəkillər Kollegiyasının siyasi sifarişlə qərarlar qəbul etməsi, müstəqil qurum olmaması, əksinə müstəqil peşə olan vəkilliyin dövlət qurumlarından asılılığını təmin edən icra mexanizmi olması barədə KİV-də dolaşan söhbətləri əsassız, son dövrlər vəkillik sahəsində aparılan mütərəqqi islahatlara qara yaxmağa, Vəkillər Kollegiyasının nüfuzunun aşağı salınmasına hesablanmış addımlar hesab edirəm. Çünki özüm müşahidə edir və şahidi oluram ki, Kollegiya müdafiə hüququnun pozuntusuna yol verən və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törədən vəkillərlə bağlı şikayətlərə həssas yanaşır, lazımi tədbirlər görür, bəzi vəkillərin barəsində intizam tənbehi tətbiq edir, xəbərdarlıq verir, irad tutur, müəyyən müddətə vəkilin fəaliyyətini dayandırır, Vəkillər Kollegiyasından xaric edir. Ümid edirəm ki, mənim də müraciətimə həssas yanaşacaqsınız.
Məlum edirəm ki, Bakı Apellyasiya Məhkəməsinin 10.12.2019-cu il tarixli 2(103)-2327/2019 saylı Qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2327/2019 saylı Mülki iş üzrə 26 fevral 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair cavabdeh olaraq tərəfimdən verilmiş ərizə təmin edilməmişdir. Səbəb də aşağıdakıları göstərmişdir: “...Qətnamədən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə verildiyi gündən 2 (iki) ay müddətində verilə bilər. İş vərəqi 104-də olan xəbərnamədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2327/2019 saylı mülki iş üzrə 26.02.2019-cu il tarixli qətnaməsi X.Quliyeva tərəfindən 17.03.2019-cu il tarixdə rəsmi qaydada alınmışdır. İlkin olaraq müəyyən olunur ki, 13.05.2019-cu il tarixdə poçt xidmətinə təqdim edilməsi göstərilən kassasiya şikayəti 18.06.2019-cu ildə məhkəməyə daxil olmuşdur. Artıq mülki iş, Bakı şəhəri Yasamal rayon məhkəməsinə qaytarıldığına görə 01 iyul 2019-cu il tarixli qərardadla kassasiya şikayəti də geri qaytarılmışdır. Cavabdeh 31 oktyabr 2019-cu il tarixdə təkrarən kassasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, eyni zamanda müddətin bərpa edilməsinə dair ərizə təqdim etmişdir. Müddətin bərpa edilməsinə dair ərizədə Bakı Apellyasiya Məhkəməsinin 03.04.2009-cu il tarixli 2(004) – 1485/2009 saylı qətnaməsindən kassasiya şikayətinin verilmə müddətinin bərpa edilməsini xahiş etmişdir. Lakin cavabdehin müddətin bərpa edilməsini xahiş etmiş olduğu tarixli və saylı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi mövcud deyildir. Həmin tarix və nömrə birinci instansiya məhkəməsinin qətnaməsinə aid olan göstəricilərdir”.
Hörmətli Anar müəllim, mənim üçün taleyüklü bir məhkəmə çəkişməsində belə bir uğursuzluğu şərtləndirən əsas amil vəkil Hüseynzadə Mehti Pəli oğlunun ən mənimlə bağladığı müqavilə üzrə öhdəliyini lazımi səviyyədə yerinə yetirməməsi, çox ümid etdiyim halda hüquqlarımın müdafiəsini təşkil etməməsi olmuşdur. Belə ki, o, kassasiya şikayətimi vaxtında (60 günlük müddətin sonuna cəmi 3 gün qalmış) təqdim etdiyini və poçt tərəfindən 13.05.2019-cu il tarixdə qəbul edilməsini təsdiqləyən qəbzi aldığını mənə desə də, sonradan onu üzə çıxarmamış, ondan soruşanda “işin içindədir” deyərək vaxtı bir az da yubatmışdır. Bundan başqa, müddətin bərpa edilməsi xahişimi ehtiva edən ərizənin tərtibində də “elementar səhvlərə” yol verməsi, məzmununu mənimlə razılaşdırdığı mətndə sonradan “peyda olan” fərqlərin üzə çıxması, məhkəmə iclaslarına az qala qolundan tutaraq güclə aparmağım, məhkəmədə lazımi vəsadətləri qaldırmaması, “hakim tələbə yoldaşımdır” deyərək məni arxayın etməsi M.Hüseynzadənin niyyətinin məni aldatmaq olduğundan, hətta iddiaçı tərəflə sövdələşməyə getməsindən şübhələnməyimə əsas verir.
Yeri gəlmişkən qeyd edim ki, baş redaktoru olduğum “Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzetinin 29 iyun 2019-cu il tarixli sayca 72-ci nəşrində 8-9-cu səhəfələrdə sözügedən kassasiya şikayətimin mətni tarixi göstərilməklə dərc edilərək ictimailəşdirilmişdir. Bundan iki gün sonra məlum 01 iyul 2019-cu il tarixli qərardadla kassasiya şikayətim geri qaytarılmışdır.
Hazırda bu qeyd etdiyim və başqa xüsusatların da nəzərə alınması ilə işin materiallarının Ali Məhkəmənin Plenum baxışına çıxarılması üçün mübarizə aparıram. Odur ki, Sizdən xahiş edirəm, vəkil M.Hüseynzadənin barəsində ciddi tədbir görəsiniz və mənə müdafiə hüququmun etibarlı təmini üçün köməklik göstərəsiniz.

İmza: X.Ə.Quliyeva
Əlaqə: mob. – (050) 552 52 38; iş – (012) 539 24 86
Tarix: 04.03.2020.

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA