Azərbaycan İdeyası

Kürdəmirlilərin elektrik problemi

Tarix:26-03-2021, 20:16
Baxış Sayı:72


Kürdəmirdə qəzalı elektrik dirəkləri istismar müddətini başa vurub.

Baku TV xəbər verir ki, rayonun Çölqubalı kəndi şəhər mərkəzindən 40 kilometr uzaqlıqda yerləşsə də, bu kənddə elektrik şəbəkəsi demək olar, sıradan çıxıb.

Sakinlərin sözlərinə görə, elektrik dirəklərinin, xətlərin qəzalı vəziyyətdə olması elektrik enerjisinin verilişində fasilələr yaradır. Bu zaman evlərdə olan elektrik cihazları ya sıradan çıxır, ya da enerjinin zəif olmasına görə istifadə etmək mümkün olmur. Sakinlər yıxılma təhlükəsi ilə üz-üzə qalan dirəklərə özləri əlavə dayaq qoyublar.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi Kürdəmir Elektrik Şəbəkəsinin baş mühəndisi İxtiyar İmanov Baku TV-yə bildirib ki, məsələdən xəbərdardırlar. Çölqubalı kəndi Ərəbqubalı kəndi ilə bir nümayəndəlikdə birləşir və ümumilikdə burada 746 abonent var. Baş mühəndisin sözlərinə görə, ötən il həmin kəndlərin elektrik şəbəkəsinin yenilənməsi üçün 300-ə yaxın dəmir dirək gətirilib. Aprel ayından etibarən qalan dirəklər də gətiriləcək və bütövlükdə elektrik şəbəkəsi yenidən qurulacaq.

Kürdəmirlilərin elektrik problemi

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı