Azərbaycan İdeyası

SAHİL BABAYEVİN KƏSDİYİ PENSİYALARI ŞİRVANDA “JURNALİST” VÜQAR XƏLİLOV “BƏRPA” EDIR

Tarix:16-05-2022, 20:59
Baxış Sayı:836

Heç bir dövlət qurumu, hökumət strukturu hansısa əməkdaşının törətdiyi korrupsiya əməlinə görə məsuliyyət daşımır. Hazırda həbsxanada vaxtilə müxtəlif sahələrdə mühüm vəzifələr daşımış şəxslər cəzalarını çəkməkdədirlər. Onların arasında sabiq nazir də var, icra başısı da, zabit də var, həkim də... Amma bu hallar nə hökuməti təmsil edən nazirliyin, nə də dövlətin nümayəndəliyi olan yerli icra hakimiyyətinin şəninə xələl gətirməyib. Başa düşüləndir ki, heç bir qurum belə neqativ hallardan sığortalanmayıb.
Di gəl, KİV redaksiyalarına münasibətdə belə məsələlərdə zaman-zaman ayrı-seçkilik özünü büruzə verib. Qəzetin, saytın bir əməkdaşının qanunsuz əməli üzə çıxanda həmin redaksiya Mətbuat Şurası tərəfindən “reket” elan olunub, prokurorluq tərəfindən xəbərdarlıq edilib. Sonrakı hadisələr göstərdi ki, “qara siyahı” məqbul metod deyil. Hərçənd, bu, ayrı söhbətin mövzusudur.
“Korrupsiya və Qanun” qəzetinin keçmiş əməkdaşı Vüqar Xəlilov da qanunla jurnalistin qarşısına qoyulan tələblərə cavab vermədiyindən, redaksiyadan kənarlaşdırılıb. Məlum olmuşdur ki, Vüqar Xəlilov bəzi hallarda jurnalist fəaliyyəti ilə vəkillik xidmətini qarışıq salır, məmur özbaşınalığı, bürokratik əngəllərlə üzləşən, hüquqları tapdalanan vətəndaşların problemlərini qəzetdə ictimailəşdirmək, aidiyyəti qurumlar qarşısında məsələ qaldırmaq qarşılığında təmənna umur. Həmin problemlər arasında dövlətin sosial siyasətindən bəhrələnmək istəyən vətəndaşların rastlaşdıqları çətinliklər xüsusi çəki təşkil edir. Bu problemin mərkəzində isə son illər aparılan pensiya islahatları, pensiya almaq hüququ verən əlillik statusunun şərtlərinin qəlizləşdirilməsi, bundan dolayı əlillik statusuna iddialı şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin yerlərdəki məmurları ilə mübahisələri, bəzən də korruptiv sövdələşmələri, Vüqar kimilərin də bu sövdələşmələrdə vasitəçilik rolu durur.
Vüqar Xəlilov müxtəlif vaxtlarda əsasən təmsil etdiyi Şirvan bölgəsinin sakinləri sırasından dövlətin sosial müdafiəsindən yararlanmaq istəyən, amma hüquqpozmalarla qarşılaşan vətəndaşların şikayətlərini KİV müstəvisinə çıxarır, bu mövzuda məqalələrlə çıxış edirdi. Redaksiya rəhbərliyi bu mövzunun aktuallığını, ictimai əhəmiyyətini nəzərə alıb həmin məqalələrin dərcini məqsədəuyğun sayırdı. Amma Vüqar Xəlilovun bu müstəvidə arxa planda çevirdiyi işlərdən xəbərsiz idik. Həmin işlərdən xəbər tutandan və onların jurnalist fəaliyyəti ilə bir araya sığmadığını biləndən sonra isə əməkdaşımızla yollarımızı ayırmağa qərar verdik. Xəlilov işdən çıxandan sonra isə onun barəsində redaksiyamıza şikayətlər daxil olmağa başladı. Görünür, daha KİV-də işləmədiyi barədə məlumat alan vətəndaşlar onun müəyyən təmənna qarşılığında öz üzərinə götürdüyü, əslində isə səlahiyyətlərinə daxil olmayan öhdəlikləri yerinə yetirə bilməyəcəyini anlayıb narahat olmuşlar. Dəfələrlə olmuşdur ki, vətəndaşlar redaksiyamıza təşrif buyurub Vüqardan şikayətlənmişlər. Onlarla apardığımız izahat işləri nəticəsində redaksiyanın bu məsələlərə görə məsuliyyət daşımadığı, qəzetin işinin yalnız problemləri ictimailəşdirmək olması ilə razılaşmışlar. Öz növbəmizdə Vüqar Xəlilovu arayaraq mübahisələrin tez bir zamanda həlli üçün çalışmasını tövsiyə etmiş, hətta tərəflərin üzbəüz görüşlərini də təşkil etmişik. O isə yalnız az qisim vətəndaşlarla olan probleminin çözümünə nail olmuş, əksər şəxslərin isə ümidlərini yalançı vədlərlə qidalandırmaqda davam etmişdir.
Məsələn, Vüqar Xəlilov iki il əvvəl əslən Ermənistanın Masis rayonundan olan Hacıyeva Sevda Adil qızından aldığı 2500 (iki min beş yüz) manat pulu hissə-hissə qaytarmışdır.
Təxminən həmin ərəfədə Qarabağ müharibəsi əlili statusu alması üçün köməklik edəcəyini vəd etdiyi Adıgözəlov Şakir Kamandar oğlundan aldığı 1500 (bir min beş yüz) manat pulu isə ləngidir.
Zaqatala rayon sakini Badayeva Havva Molla Muhuma qızına da pensiya düzəldilməsində köməklik göstərəcəyini vəd edərək, 2018-ci ilin oktyabr ayında 300 (üç yüz) manat, 2019-cu ilin iyun ayında 1900 (bir min doqquz yüz) manat pulunu almış və qaytarmamışdır. Havva Badayevanın qardaşı Nusabi kişini inandırmaq üçün Vüqar ona növbəti yalanını demişdir ki, “mənə kart nömrəsi deyin, pulu hələlik özünüzə qaytarıram, amma işiniz düzələndən sonra yenidən mənə qaytararsınız”.
Dələduzluq əməlinə məruz qalan Füzuli rayonundan olan məcburi köçkün vətəndaşlar Abbasova Asya İsmayıl qızı “forma-88” sənədlərinin təsdiqi üçün Vüqara 1000 (700 manat nağd şəkildə, 300 manat karta köçürmə vasitəsilə) manat və Raziyə Quliyeva 430 (dörd yüz otuz) manat məbləğlərdə pul vermiş və 8-9 aydır ki, aldadılırlar.
Vüqar Xəlilov həmçinin eyni üsulla 2021-ci ildə Aslanov Vidadi Qadir oğlundan və Elçin Sadıqovdan hərəsindən 350 (üz yüz əlli) manat pul qoparmışdır. Bu azmış kimi Vüqar həmin şəxslərə deyib ki, guya işlərinin düzəlməsi üçün 500 (beş yüz) manat əlavə sələmli borc götürüb. Onların boynuna qoymağa çalışıb ki, işləri düzələndən sonra həmin əlavə xərcləri də ödəməlidirlər.
Vüqar Xəlilov qurbanlarını inandırmaq, onlardan pul qoparmaq, şikayət etmək fikirlərindən döndərmək üçün gah “bu gecə telefonunuza “forma – 88”-in təsdiq mesajı gələcək”, gah “kartınızın şəklini mənə göndərin, pulunuzu qaytarım”, gah da “Moskvadan qardaşım, oğlum pul göndərəcəklər, sizin pulunuzu qaytaracam” kimi cəzbedici ifadələr işlətmişdir.
Şikayətçilər gileylənirlər ki, onlar əgər bir xəstəliklərinə görə əlillik statusu qazanmaq, yaxud bərpa etmək istəyirdilərsə, Vüqarın onlara yaşatdığı stresslərdən dolayı ikinci, üçüncü xəstəlikləri tapıblar.
Təəssüf ki, vətəndaşlar Adıgözəlov Şakir Kamandar oğlu və Badayeva Havva Molla Muhuma qızı ilə ƏƏSMN arasında mübahisələri onların xeyrinə həll edəcəyini vəd edərək hərəsindən 500 (beş yüz) manat alan 11 saylı Vəkillər Bürosunun vəkili Nuralı Həsənov da sözünü tutmamış, nəticəsini qabaqcadan bilməli olduğu məhkəmə proseslərini uduzmuşdur.
Bu məqalə hazırılanarkən redaksiyamıza Vüqar Xəlilovun barəsində növbəti şikayətlər İmişli rayon sakini Vəli Namazəliyev və digərlərindən gəlmişdir.
İnanırıq ki, hüquq-mühafizə və cinayət təqibi orqanları Vüqar Xəlilovun cinayət əməllərinə hüquqi qiymət verəcəklər.
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA