Azərbaycan İdeyası

ŞƏKİNİN KƏMƏRİ QARA, ÜZÜ AĞ ÖVLADI

Tarix:26-12-2022, 10:30
Baxış Sayı:80

ŞƏKİNİN KƏMƏRİ QARA, ÜZÜ AĞ ÖVLADI
Dağlar qoynunda yerləşən Şəkinin təbiəti kimi insanları da zəngindirlər. Azərbaycanın elminə, mədəniyyətinə, ədəbiyyatına görkəmli şəxsiyyətlər bəxş etmiş Şəki ölkəmizin idman şərəfini ucaldan insanların da vətənidir. Müasirlərimiz olan şəkili idmançılar - FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov, SSRİ kateqoriyalı basketbol hakimi Xalid Hacıyev, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi Furman Muradov, bədii gimnastika üzrə gənclər arasında I Dünya Çempionatının (Moskva, Rusiya Federasiyası, 2019-cu il) gümüş və bürünc, Avropa Çempionatının (Quadalaxara, İspaniya, 2018-ci il) bürünc medalçısı Arzu Cəlilova, həndbol üzrə beynəlxalq dərəcəli hakim Çingiz Axundov, tanınmış alpinist Babək İskəndərov, Azərbaycan Alpaqut–Turan döyüş Federasiyasının Şəki filialının sədri Mehman Əliyev, Azərbaycan Respublikasının əməkdar məşqçisi, Milli Məclisin deoutatı Vüqar İskəndərov, FİDE ustaları Murad Abdulla, Süleyman Süleymanlı, Faiq Ələsgərov və başqalarının adları hər yerdə hörmətlə çəkilir. Onlarınn sırasında dəfələrlə şəhər çempionatlarının, respublika birinciliklərinin və beynəlxalq turnirlərin qalibi – Qoyçu-Ryu - Kontakt Karate idman növü üzrə I Dan “Qara Kəmər” sahibi Həsənov Rövşən Əli oğludur.
27 avqust 1983-cü ildə Şəki şəhərində ziyalı ailəsində doğulan Rövşən Həsənov 1990-cı ildə şəhər 4 saylı tam orta məktəbin birinci sinfinə getmişdir. Hələ lap kiçik yaşlarından idmana olan böyük sevgisi 7 yaşında onu “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinə gətirib çıxarır. Burada o, məşqçi Tahir müəllimin rəhbərliyi altında ŞotokanKarate-Do döyüş növünün sirlərini öyrənməyə başlayır. Dəfələrlə şəhər birinciliklərinin, müxtəlif turnirlərin qalibi və mükafatçısı olan gənc idmançı 2000-ci ildə orta məktəbi başa vurur. 2001-2003-cü illər arasında ordu sıralarında xidmət edir. Hərbi xidmət dövründə də idmandan ayrılmır. Dəfələrlə hissədaxili keçirilən yarışlarda mükafata layiq yerlər tutur.
Ordudan tərxis olunan Rövşən 2004-cü ildə Şəki Texniki Peşə Məktəbinə daxil olur və “Turizm Agenti” ixtisası üzrə təhsil alır. 2006-cı ildə Peşə Məktəbini bitirərək Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Azərbaycan Respublika Komitəsi Mədəniyyət İşçiləri Evinin nəzdində fəaliyyət göstərən jurnalistika kursuna daxil olur və 2007-ci ildə oranı bitirir.
2013-cü ildən məşqçi Habil Dadaşovun rəhbərliyi altında “Qafqaz” idman klubunda peşəkar şəkildə məşğul olmağa başlayır və bir sıra turnirlərdə parlaq qələbələr qazanır. Onun uğurlarının sırasına xroniki ardıcıllıqla nəzər salaq:
– 29 avqust 2013-cü ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin 53 illiyinə həsr edilmiş və Şəkidə keçirilən turnirdə həmyerlimiz 85 kq çəki dərəcəsində yarışın qalibi olur;
– 10 may 2014-cü ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının
91 illiyinə həsr edilmiş Kontakt – Karate döyüş növü üzrə şəhər çempionatında idmaçımız yenə qalib gəlir;
– Azərbaycan Budo Döyüş Növləri Federasiyası tərəfindən 2017-ci ildə İmişli rayonunda keçirilmiş Budo növləri MMA Kontakt sistemi üzrə Respublika Birinciliyində Rövşən 95 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksən pilləsinə qalxır;
- 2019-cu ilin dekabr ayında Şəki Olimpiya Kompleksində keçirilən Ümumilli lider Heydər Əliyev adına Beynəlxalq Turnirdə Rövşən Həsənov bütün rəqiblərinə qalib gələrək 95+ çəki dərəcəsində birinci yeri tutur və turnirin qalibi adını qazanır.
Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyi yanında Şəki Gənclər və İdman İdarəsi tərəfindən 9 oktyabr 2020-ci ildə birinci dərəcə və ustalığa namizəd kimi təltif olunub.
Rövşən ürəyində vətən sevgisi, el qeyrəti olan gənclərimizdəndir. O, 17.07.2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsinə ərizə ilə müraciət edərək könüllü olaraq döyüş əməliyyatlarında iştirak etmək istəyini bildirib. Lakin şöbədən ona gözləməyi və lazım olsa mütləq müraciət edəcəklərini bildirmişlər. Peşəkar idmançı hal-hazırda Çox Mübarizəli Döyüş Növləri “Qafqaz” idman klubunun idarə heyətinin üzvüdür və ekspert vəzifəsində çalışır.
Vacib bir nüansı da vurğulayaq ki, Rövşən Həsənov XIX əsrin tanınmış maarifçi şəxslərindən biri Molla Kazımın oğlu Baxşəli Axundovun nəticəsidir. Şəkinin ilk Milli Dram Teatrının yaradıcılarından biri olan Baxşəli Axundov Çingiz Mustafayev adına klubun yerində yaratdığı teatrda həm direktor, həm də müxtəlif rolların ifaçısı olub. O, bir çox məsul vəzifələrdə işləyib. Şəki Pedaqoji Məktəbinin direktoru, Şəki Musiqi Texnikumunun müdiri olub. Şəki Diyarşünaslıq Muzeyinin təşkilində böyük əməyi olub və oranın rəhbəri kimi muzey eksponatlarının zənginləşdirilməsində əlindən gələni əsirgəməyib. Hamının hörmətlə “Baxşəli əfəndi” deyə müraciət elədiyi bu insanın qüdrətli sənətkar, SSRİ Xalq artisti, həmyerlimiz İsmayıl Osmanlının yetişməsində böyük əməyi olmuşdur. O, dramaturq Cəfər Cabbarlı ilə də çox yaxın olmuşdur.
Öz növbəmizdə biz də Rövşən müəllimə yeni 2023-cü ildə həm idman arenalarında, həm ekspert kimi fəaliyyətində bol-bol uğurlar, can sağlığı, ailə həyatında səadət arzulayırıq.
Xuraman Quliyeva

ŞƏKİNİN KƏMƏRİ QARA, ÜZÜ AĞ ÖVLADI
ŞƏKİNİN KƏMƏRİ QARA, ÜZÜ AĞ ÖVLADI
ŞƏKİNİN KƏMƏRİ QARA, ÜZÜ AĞ ÖVLADI
ŞƏKİNİN KƏMƏRİ QARA, ÜZÜ AĞ ÖVLADIŞƏKİNİN KƏMƏRİ QARA, ÜZÜ AĞ ÖVLADIŞƏKİNİN KƏMƏRİ QARA, ÜZÜ AĞ ÖVLADI [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Qızıl tarix - 27, 44...
Qızıl tarix - 27, 44...
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
Şuşada 33 il sonra ilk zəng çalınıb+VIDEO
Şuşada 33 il sonra ilk zəng çalınıb+VIDEO
TƏBRİK EDİRİK!+FOTO!
TƏBRİK EDİRİK!+FOTO!
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü
TƏBRİK EDİRİK!+FOTO
TƏBRİK EDİRİK!+FOTO
Təbrik edirik!+ FOTO!
Təbrik edirik!+ FOTO!
"Aman ayrılıq"
"Aman ayrılıq"