Azərbaycan İdeyası

Yeni təyin olunan 36 yaşlı nazir kimdir? - DOSYE

Tarix:16-03-2023, 12:00
Baxış Sayı:174

Yeni təyin olunan 36 yaşlı nazir kimdir? - DOSYE

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub. Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Yeni təyin olunan nazirin tərcümeyi-halını təqdim edirik:

O, 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub.

2009-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzrə magistratura, 2013-cü ildə isə Böyük Britaniya Krallığının Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib. Hazırda İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirir.

2011-13-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-21-ci illər ərzində “bp Caspian” şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.

1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri vəzifəsinə, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Evlidir, bir övladı var.

OXŞAR XƏBƏRLƏR
Tərtər rayonunun Kəbirli kənd sakini Vəliyeva Ağca Mahir qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmişdir. Vətəndaş A.Vəliyeva yazır ki, Əliyev Rəşad Vaqif oğlu ilə 2016-cı ilin

“Fərqli dad”, fərli xidmət
“Fərqli dad”, fərli xidmət
Ata aliment ödəməmək üçün pişiyi bəhanə edib uşaqları anadan ayırmağa çalışır
Ata aliment ödəməmək üçün pişiyi bəhanə edib uşaqları anadan ayırmağa çalışır
“Günəş Petrol” firmasının fəaliyyəti məmnunluq doğurur
“Günəş Petrol” firmasının fəaliyyəti məmnunluq doğurur
Dostlarım
Dostlarım
Konstitusiya Məhkəməsinin səlahiyyətləri əgər bu qədər məhduddursa...
Konstitusiya Məhkəməsinin səlahiyyətləri əgər bu qədər məhduddursa...
Mənli günlərini yada salarsan
Mənli günlərini yada salarsan
Zirzəmidə yağış suyuna qərq olan avtomobilə dəyən ziyanı kim qarşılayacaq?
Zirzəmidə yağış suyuna qərq olan avtomobilə dəyən ziyanı kim qarşılayacaq?