Azərbaycan İdeyası

Qədim tarixi olan Maştağa bu gün: Maştağa bələdiyyəsi işlərini günün tələbləri səviyyəsində qurur

Tarix:4-04-2023, 11:39
Baxış Sayı:48

Qədim tarixi olan Maştağa bu gün: Maştağa bələdiyyəsi işlərini günün tələbləri səviyyəsində qurur

Müdriklərin süzgəcindən keçib gələn ulu yurd yerlərimizdən olan Bakının Maştağa kəndi tarixi abidələri ilə zəngindir. Xunhar məhəlləsində yerləşən Pirşəhid qəbirstanlığının tarixi ta qədim zamanlara gedib çıxır. Kəndin Seyidlər məhəlləsində olan qəbir daşlarının da tarixi, Aqil Baba ziyarətgahındakı, Keçərlər məhəlləsindəki məzarlığın da tarixi bəlli deyil, XVI əsrə gedib çıxır.
Min illik bir tarixə malik olan Maştağa kəndində adət-ənənələrimiz yüksək səviyyədə qorunub-saxlanmaqdadır. Bu kənddə məscidlərin sayı çoxdur. Bakı kəndləri arasında bu kəndin məscidləri demək olar ki, saysız-hesabsızdır. Seyidlər məhəlləsində olan Cümə məscidi XVIII əsrə aiddir. Bir çox məscidlər isə dağıdılıbdır. Həm də bu kənd ümumiyyətlə, hamamları ilə məşhur olubdur. Bunlardan “Səfərəli”, “Məhəmməd”, “Kərbəlayi Mirsalam”, “Paşa”, “Mirəli” və başqalarını misal çəkmək olar. 1939-cu il məlumatına görə, Maştağada 36 məscid və 4 pir olub. Bu kəndin 3 böyük məhəlləsi olub: Xunhar, Keçərlər və Seyidlər məhəlləsi. Seyidlər məhəlləsi heyvandarlıqla, Xunhar məhəlləsi bağçılıqla, Keçərlər məhəlləsinin sakinləri isə əkinçiliklə məşğul olublar. Seyidlər məhəlləsinin sakinləri ərəb ölkələrindən köçüb gələnlərdir. Maştağaya Şah İsmayılla, Şah Abbasla gəlib məskunlaşan seyidlər də olub.
Maştağadan çıxmış din xadimlərinin, üləmaların sayı başqa kəndlərə nisbətən xeyli çoxdur. Ağa Nəcəf müəllimin sözlərinə görə, son iki əsrdə Maştağadan 20-ə qədər axund, 150-dən artıq molla, rövzəxan, dərviş, mərsiyəxan və ruhani çıxıb. Burada yaşamış din xadimlərinin çoxu dini təhsil almışlar. Onlardan Axund Mir Əbdül Vahabın, Axund Mir Əbdül Qəninin, Axund Mir Hüseynin, Axund Şeyx Hüseynin, Axund Mir Ələkbərin, Axund Hacı Mirzənin və başqalarının adlarını çəkmək olar. Belələri tək Azərbaycanda deyil, Şərqdə belə tanınmış din xadimləri olublar. Maştağa bu bölgədə ən böyük yaşayış məskəni kimi tanınıb. Buradakı 32 kəndin hamısı Maştağaya tabe olub.
Axund Məhəmməd Nəbi Maştağanın qazisi olub. Maştağada iki dəfə, yəni 1761-1841-ci illərdə zəlzələ baş verib. Bu zəlzələlərdən sonra əhalinin bir qismi Bakıya, İçərişəhərə köçüb gediblər.
Maştağa əhalisi 1918-ci ildə ermənilərə qarşı mərdliklə mübarizə aparıb və Maştağaya girməsinə imkan verməyib. Bu zaman həmin döyüşdə Bakı qoçularının böyük hünəri olub. Ermənilərə qarşı döyüşdə Qoçu Mirsəlimin dəstəsi daha rəşadətlə vuruşub. Mir İbrahim Ağanın təşəbbüsü ilə Şura təşkil olunub ki, bu Şura da 19 nəfərdən ibarət olub. Maştağa qarnizonu yaradılıb. Burada 1670 maştağalı vuruşub. Onlar Bayıladək erməniləri qovub aparıblar. Sonradan həmin şəxslərdən 100 nəfəri orduda xidmətdə qalıb. Onu da qeyd edək ki, Qoçu Əzizin təşəbbüsü ilə camaat hamı sözü bir yerə qoyaraq ermənilərə qarşı vuruşub və erməniləri öz kəndlərinə daxil olomağa qoymayıblar.
Ayrı-ayrı vaxtlarda Maştağa kəndi Bakı xanlıqlarının əsas iqamətgahı olmuşdur. Məsələn, Dərgahqulu xanın iqamətgahı Maştağada olmuşdur (1747-1768-ci illərdə Bakı xanı olmuş Mirzə Məhəmməd xanın atası). Burada onun sarayı və bağı da var idi. Məlum olduğu kimi, 1918-ci ilin martında Bakıda qırğın törədərək soydaşlarımızı qanlarına qəltan edəndə bir çox şəhər sakini Maştağada özünə sığınacaq tapmışdır. Maştağa camaatı cinayətkar Şaumyan hökumətinə tabe olmamış, 4 aya yaxın mühasirə vəziyyətində yaşayaraq bir çox əzablara dözmüşdür.
Zaman keçdikcə inkişaf edən hər bir kənd, şəhər kimi bu ulu yurd yerimiz də bu gün işlərini günün tələbləri səviyyəsində qurmaqdadır. Belə ki, ölkəmiz üçün çox da uzun tarixə malik olmayan bələdiyyə qurumları kənd ərazisində görülən bir sıra uğurlara imza atıb. Əsası 1999-cu ildə qoyulan bələdiyyə qurumu getdikcə insanların rifahı naminə əməli işləri ilə seçilir. Kənd yollarının abadlaşdırılması, fasiləsiz işıq və suyun verilməsi və s. dediklərimizin bariz nümunəsidir.
50 min nəfərə qədər sakinin yaşadığı bu kənddə onların rifah halının yüksəldilməsi üçün əlaqədar təşkilatlar tərəfindən daim diqqət və qayğı göstərilməkdədir. 15 nəfər üzvü olan Maştağa bələdiyyəsinin son zamanlar gördüyü işlər təqdirəlayiqdir. Sakinlərin həyətyanı sahələrindəki qrunt suların təmizlənməsi, süni gölməçələrin qurudulması, ekoloji çirklənmələrin qarşısının alınması antisanitariya vəziyyətinin qarşısının alınması yönündə bir sıra tədbirlər görülmüşdür.
Ceyhun Vaqifoğlu

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…