Azərbaycan İdeyası

Bakıda 20 avtobusun hərəkət sxemi dəyişir

Tarix:18-04-2023, 10:59
Baxış Sayı:161

Bakıda 20 avtobusun hərəkət sxemi dəyişir
Bakı şəhərində keçiriləcək Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq 20 müntəzəm marşrut xəttinin hərəkət sxemində aşağıda göstərilən qaydada dəyişikliklər ediləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda deyilir:

“Dəyişikliyə əsasən:

1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. - Y.Səfərov küç. ilə təşkil ediləcək;

10 nömrəli marşrut üzrə avtobuslar alternativ olaraq A.Şaiq küç. - Ş.Bədəlbəyli küç. - D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. - Y.Səfərov küç. ilə təşkil ediləcək;

5 nömrəli marşrut üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Süleyman Rəhimov küçəsində olmaqla təşkil ediləcək;

88 nömrəli marşrut üzrə avtobusların başlanğıc dayanacaq məntəqəsi Puşkin küç. (“28 May” metro stansiyası) olmaqla hərəkəti D.Əliyeva küç. - R.Behbudov küç. ilə təşkil ediləcək;
6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küç. olmaqla Ş.Şamil küç., Lermantov küç., B.Sərdarov küç. ilə təşkil ediləcək;

53, 125 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küçəsində (Bakı funikulyoru) olmaqla təşkil ediləcək;

61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. - R.Behbudov küç. ilə təşkil ediləcək;

65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küç. - Ə.Cavad küç. - Azərbaycan pr. ilə təşkil ediləcək;

205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM - Bakı Dairəvi Avtomobil yolu - M.Müşfiq küç., daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək.

E1 nömrəli marşrutun hərəkəti Bakı Dairəvi Avtomobil yolu, M.Müşfiq küç., A.Şaiq küç. - Ş.Bədəlbəyli küç. - D.Əliyeva küç., K.Səfərəliyeva küç., Neftçilər pr. ilə təşkil ediləcək.

Qeyd edək ki, 6 nömrəli marşrut 2 istiqamət üzrə fəaliyyət göstərəcək. 1-ci istiqamət “Azadlıq prospekti” metro stansiyası - Axundov bağı; 2-ci istiqamət isə Funikulyor - Ö.F.Nemanzadə küç. ilə təşkil olunacaq.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı