Azərbaycan İdeyası

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev və nazir müavini Bədəl Həsənov vəzifələrindən azad olunublar.

Tarix:26-05-2023, 17:46
Baxış Sayı:178

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Mayis Əliyev və nazir müavini Bədəl Həsənov vəzifələrindən azad olunublar.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov sərəncamlar imzalayıb.

Digər sərəncamla Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini təyin edilib. Nazir vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti də X.Mustafayevə verilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov bu gün X.Mustafayevi kollektivə təqdim ediblər.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü X.Mustafayev bu təyinatadək Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif məsul vəzifələrdə çalışıb. O, nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini postunu tutub.
Ordubad rayonunun Ələhi kəndində qeydiyyatda olan 2001-ci il təvəllüdlü Hətəmov Nihad Piriş oğlu Bakı Biznes Kooperasiya Kollecini bitirib. Hazırda təcrübə keçdiyi üçün hələ diplomunu götürə bilməyib. Redaksiyamıza ünvanladığı ərizəsində bildirir ki, fəhləlik işi üçün müraciət etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyində ondan sənədlərini istəyiblər. O da öz növbəsində lazımi sənədləri təqdim edib. Məhz Ordubad rayonunda işlə təmin olunmağını xahiş edəndə ona Ordubad rayonunda vakant yer olmadığını, yalnız Naxçıvan şəhərində tez bir zamanda məşğulluğunu təmin edə biləcəklərini deyiblər. Buna baxmayaraq, bir aydır ki, müraciəti müsbət həll olunmayıb, işdən xəbər yoxdur. Ay ərzində iki dəfə işlə maraqlanmaq üçün Nazirliyə gedib. Nəzərə alındığını, iş olan kimi çağırılacağını deyiblər. Amma...
Nihad həmçinin qeyd edir ki, ailəsinin maddi vəziyyəti ağırdır – hər iki valideyni iki dəfə cərrahi əməliyyata məruz qalıb. Onun işləməyinə ailəsinin ciddi ehtiyacı var. Odur ki, cənab nazirdən tezliklə işlə təmin olunmasına köməklik göstərməsini xahiş edir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı