Azərbaycan İdeyası

“TikTok”da “kreditə qızıl sataraq” vətəndaşları talayan dəstə üzvləri saxlanılıblar

Tarix:29-08-2023, 10:52
Baxış Sayı:184

“TikTok”da “kreditə qızıl sataraq” vətəndaşları talayan dəstə üzvləri saxlanılıblar
Sosial şəbəkələr vasitəsilə vətəndaşları “kreditə qızıl satılır” adı altında kiberüsullarla talayan dəstə üzvləri saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələr vasitəsilə vətəndaşların pul vəsaitlərinin kiberüsullarla talanması barədə müraciətlər üzrə DİN əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu sahədə müşahidə edilən əsas hüquqazidd hallardan biri də “kreditlə qızıl satılır” adı altında xüsusən “TikTok” sosial şəbəkəsində yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılmasıdır. Sadalanan qanunsuz hallar nəzərə alınaraq bu tipli talama əməllərində şübhəli bilinən növbəti şəbəkənin üzvləri, əvvəllər məhkum olunmuşlar - 1984-cü il təvəllüdlü Elvin Həsənov, 1988-ci il təvəllüdlü Loğman Zayidov və 1985-ci təvəllüdlü Ceyhun Kərimov rəqəmsal texnoloji metodlardan istifadə olunmaqla polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla həmin şəxslərin feyk səhifə və profillərində talamaya məruz qalanların dairəsi müəyyən edilib və qrupun bütün qanunsuz fəaliyyəti aşkarlanıb. Saxlanılan şəxslər vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçiriblər. Dəstə üzvləri izi itirmək məqsədi ilə “kreditlə qızıl” almaq üçün onlara pul köçürən şəxslərin hesablarını sonradan bloklayıblar və həmin vəsaitləri şəxsi hesablara köçürərək nağdlaşdırıblar. Dəstə üzvləri ifadələrində sosial şəbəkələrdə törətdikləri bu qanunsuz əməlləri ilə 150-dən artıq şəxsə maddi ziyan vurduqlarını etiraf ediblər.

Polis əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində paytaxt ərazisində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından müxtəlif məbləğlərdə pul oğurlayan 2001-ci il təvəllüdlü Kənan Bədirli müəyyən olunaraq saxlanılıb. Bu şəxs qeyri-qanuni vasitələrlə ələ keçirdiyi kart məlumatlarını müxtəlif mobil tətbiqlərdə qeydiyyatdan keçirib. Daha sonra Kənan Bədirli pul vəsaitlərini onlayn yolla öz hesabına transfer edərək silsilə oğurluqlar edib.

Hazırda saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir. Elvin Həsənov, Loğman Zayidov, Ceyhun Kərimov və Kənan Bədirlinin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı