Azərbaycan İdeyası

Məhkəmə küçədə ona tərs baxanı öldürən şəxslə bağlı qərar verdi

Tarix:28-09-2023, 11:46
Baxış Sayı:327

Məhkəmə küçədə ona tərs baxanı öldürən şəxslə bağlı qərar verdi
Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirləndirilən Mahir Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Əldə etdiyimiz məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, ötən il fevralın 9-da saat 10 radələrində Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Nazim Məmmədov şəhərin 18-ci mikrorayon ərazisində öldürülüb. Belə ki, zərərçəkmişin tanışı, 1979-cu il təvəllüdlü Mahir Həsənov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nazim Məmmədova xəsarət yetirərək onu qəsdən öldürüb. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Mahir Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. O, məhkəmə ifadəsində deyib ki, hadisədən əvvəl Nazim Məmmədov küçədə ona tərs-tərs baxıb və o, bundan narahat olub. Bundan sonra aralarında mübahisə yaranıb. Nəticədə Mahir Nazimi qətlə yetirib.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı