Azərbaycan İdeyası

Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...

Tarix:7-03-2018, 13:32
Baxış Sayı:8 339

  Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...

Bakıdakı bəzi məktəblərdə fəaliyyət göstərən “Valideyn-Müəllim Assosiasiyası”nın işinə birmənalı münasibət yoxdur. Əksər valideynlər deyirlər ki, guya uşaqların təlim-tərbiyə prosesində maraqlı olan bütün tərəfləri bir araya gətirərək onların səylərini təhsilin keyfiyyətinin artırılmasına, təhsil sisteminin təkmilləşdirilməsinə və məktəblərin inkişafına yönəltməli olan bu qurumlar əslində başlarını girləməklə məşğuldurlar.
Vaxtilə keçmiş təhsil naziri Misir Mərdanovun xeyir-duası ilə yaradılmış “Valideyn-Müəllim Assosiasiyası” bəzi məktəblərdə yalnız 8 mart, Müəllimlər günü və bəzi digər əlamətdar tarixlərdə “dirçəlir”. Bir sıra məktəblərdə isə həmin qurumlar direktorlara necə deyərlər, “ayı xidməti” göstərməklə məşğuldur.
Ümumiyyətlə bu qurumların gərəksizliyini başa düşən bir sıra qabaqcıl məktəblər eks-nazirin dövründən qalma mirasdan tamamilə imtina edib, onların işinə son veriblər.
Amma “Valideyn-Müəllim Assosiasiyası”ndan öz maraqları naminə istifadə edən direktorlar da var ki, onlar həmin qurumlara məktəblərdə “at oynatmağa” əməlli-başlı şərait yaradırlar. Məhz həmin məktəblərdə bu asossiasiyaların möhürlü, ştamplı rəhbərləri özlərini az qala direktor səviyyəsində aparırlar.
Bu isə təhsilə, məktəblərdə təlib-tərbiyənin səviyyəsinin aşağı düşməsinə, digər xoşagəlməz hallara və qanunsuz ödənişlərin toplanmasına gətirib çıxarır.
Bu gün həmin assosiasiyaların adı çəkiləndə valideynlərdən pul yığılması halları gündəmə gəlir.
O zaman bu assosiasiyaya nəzarət olunurmu?
Digər tərəfdən bu assosiasiyalar niyə bütün məktəblərdə yoxdur. Gələcəkdə onların ləğvi gözlənilirmi?
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti Modern.az-ın suallarını cavablandırıb. Rəsmi cavabdan belə məlum olur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi də eks-nazirin dövründən qalma Valideyn-Müəllim Assosiasiyasının gərəksizliyini başa düşüb.
“Məktəb-valideyn əməkdaşlığının inkişafında, şagirdlərin təhsil nailiyyətlərinin yüksəldilməsində valideynlərlə işin düzgün təşkili mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə olan təcrübəni inkişaf etdirmək, məktəb-valideyn əlaqələrini daha müasir səviyyədə genişləndirmək məqsədilə hazırda “Məktəb icmaları” layihəsi həyata keçirilməkdədir”,-deyə idarə bəyan edib.
Bildirilib ki, Təhsil İdarəsinin tabeliyindəki 150 ümumi təhsil müəssisəi yeni “Məktəb icmaları” layihəsinə qoşulub.
“Məktəb icması – məktəb həyatını birlikdə daha maraqlı etmək üçün yaradılmış müəllim, valideyn və şagird birliyidir. “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında fəaliyyət göstərən məktəb icmasına sədr və əsas fəaliyyət sahələri üzrə komitələr rəhbərlik edir.
“Məktəb icmaları” layihəsinin məqsədi ümumi təhsil müəssisələrində işləyən direktor, müəllim, valideyn və şagirdlər arasında sıx əməkdaşlıq və birgə kreativ layihələrin həyata keçirməsinə stimul yaratmaqdır.
İcmaların təşkil edildiyi məktəblərdə valideynlər övladlarının təhsili ilə yaxından tanış olmaq imkanı qazanır və bu prosesdə fəal iştirakçıya çevrilir. Şagirdlər isə müstəqil şəkildə araşdırmalar, mülahizələr edir, fərdi və yaşıdları ilə birgə komandada işləmək bacarığı qazanır, əylənir və öyrənir. Həmçinin, şagirdlər layihələrin həyata keçirilməsi prosesində yaxından iştirak edir və birgə qərar qəbuletmə bacarıqlarına yiyələnirlər. Müəllimlər isə öyrətməklə kifayətlənməyərək şagirdlərə və valideynlərə lazımi pedaqoji, texniki və mənəvi dəstək göstərir, bələdçilik edir.
Hər tədris ilində layihəyə cəlb olunmuş məktəblərin iştirakı ilə görüşlər keçirilir və layihənin fəaliyyətinin müsbət nəticələri ətrafında müzakirələr aparılır. Görüşlərdə “Məktəb icmaları” layihəsinin daha da genişləndirilməsi, icma özünüidarəetmə strukturunun səmərəli təşkili və valideynlərlə əməkdaşlığın artırılması haqqında tövsiyələr verilir”.
Mətbuat xidmətinin məlumatına görə, artıq “Valideyn-Müəllim Assosiasiyası” sıradan çıxmaq üzrədir:
“Son zamanlar məktəb-valideyn əlaqələrinin səmərəliliyini artırmaq məqsədilə əvvəllər yaradılmış “Valideyn-Müəllim Assosiasiyası” valideynlərin təşəbbüsü ilə tədricən məktəb icmaları ilə əvəz olunmaqdadır”.

OXŞAR XƏBƏRLƏR
LouisNog 25 aprel 2018 22:43
  Жалоба     
cialis super active plus rezeptfrei
<a href="http://cialisgrudj.com/">cialis generic</a>
cialis 5mg price at sam s club
buy cialis online
cialis dosage
http://cialisgrudj.com/
cialis 5mg price walgreens
Robertwible 26 aprel 2018 06:30
  Жалоба     
generic viagra best price
<a href="http://viagrapipls.com/">buy viagra</a>
generic viagra soft gel
generic viagra
generic viagra super active sildenafil 100mg
http://viagrapipls.com/
walmart generic viagra 100mg online uk
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Marghany Teymur Elsayad Mohamed Ahmed oğlu tərəfindən Ə R İ Z Ə+FOTO
3 gün ardıcıl iş olmayacaq.
3 gün ardıcıl iş olmayacaq.
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Azərbaycanın üç gəmisi heyətlə birgə girov götürülüb – Rəsmi
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Bakıda 10 yeni metro stansiyası tikiləcək – Prezident Açıqladı
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Pensiya və maaş artımları nə vaxtdan qüvvəyə minir?
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı
Sabirabadda polisin “malaladığı” rəzalət: Xuliqanlığını ört-basdır etmək üçün on dörd yaşlı qızın adını dilə-dişə saldı