Azərbaycan İdeyası

Biləsuvarda axsayan "rabitə işi"

Tarix:24-04-2018, 12:55
Baxış Sayı:515



"İndi elə bir zamandır ki, telefona, kompüterə böyük ehtiyac var. Hər kəs hətta işinin davamı olaraq evdən də internet xidmətindən istifadə etməli olur. lakin biz bu xidmətlərdən yararlanmaq imkanından məhrumuq. Dövlətimiz tərəfindən böyük abadlıq, quruculuq işlərinin aparıldığı indiki dönəmdə bir küçəni kabelləşdirmək, vətəndaşlara telefon çəkmək bu qədərmi çətindir?" - bu və başqa suallar Biləsuvar rayonunun İsmətli kəndinin bir qrup sakini tərəfindən redaksiyamıza ünvanlanan ərizədə yer almışdır.
Sakinlər Şakir Quliyev və başqaları yazırlar ki, yaşadıqları küçə rayon telekommunikasiya qovşağı tərəfindən "yeni salınmış ərazi" kimi tanınır və kabelləşdirmə işi getmədiyindən onların evlərinə telefon çəkilməsi mümkün hesab edilmir. Dəfələrlə rayon TKQ-na müraciət etsələr də, yalnız bir dəfə Qovşağın Mikayılov adlı sahə inspektoru gəlib küçənin çertyojunu çəkib, qutuların harada qoyulacağını müəyyənləşdirib. Sonradan heç bir əməli iş görülməyib.
Sakinlər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə də müraciət ediblər. Qeyd edirlər ki, ərazi "yeni salınmış" kimi göstərilsə də, əslində yaşadıqları evlər kənd salınan vaxtı inşa olunublar: "Bizə cavab yazırlar ki, texniki imkan yoxdur. Necə olur ki, kəndin yeni tikilmiş bir sıra evlərini kabelləşdirməyə imkan olur, bizim köhnə evlərə isə imkan olmur?"
Qeyd edək ki, Biləsuvar TKQ-nın nəzdində 1 mərkəzi EATS və 15 kənd EATS, 2 mini EATS və hər birində 4NN olmaqla 8 ədəd peyk avadanlığı əhaliyə xidmət göstərir. İsmətli kəndində də 208 NN tutumlu EATS avadanlığı istismardadır. 190 abonent stasionar telefon xidmətindən, 103 abonent internet xidmətindən istifadə edir. Redaksiyamıza müraciət edən sakinlərə "Aztelekom" MMC-dən cavab yazıblar ki, xətt şəbəkəsində genişləndirmə işləri aparıldıqdan və buna uyğun stansiyanın tutumu artırıldıqdan sonra evlərinə telefon xəttinin çəkilməsi mümkün olacaqdır.
Xatırladaq ki, RYTN-nin sabiq yüksək rütbəli məmurları barəsində cinayət işi ("Rabitə işi")ilə əlaqədar aparılan istintaq araşdırmaları nəticəsində aşkarlanmış mənimsəmə faktları arasında 1550000 manat məbləğində yeyinti ayrıca sübuta yetirilmişdi. Söhbət "Optik Tikinti və Montaj" MMC-nin Biləsuvar TKQ-nin elan etdiyi kotirovkada qalib gələrək icraqsını üzərinə götürdüyü 1550000 manatlıq kabelləşdirmə layihəsinə ayrılmış pulların mənimsənilməsindən gedirdi.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Ağır QƏZA: 5 yaralı var
Ağır QƏZA: 5 yaralı var
Tramp Çinə gedir
Tramp Çinə gedir
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik
Prezident İlham Əliyev: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik