Azərbaycan İdeyası

Akif Çovdarov və onun keçmiş işçisi məhkəməyə verilib

Tarix:1-10-2018, 12:53
Baxış Sayı:283


 Akif Çovdarov və onun keçmiş işçisi məhkəməyə verilib
Həbsdə olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və onun keçmiş işçisi, polkovnik Səlim Məmmədov məhkəməyə verilib.
"Report"un əldə etdiyi məlumata görə, həmin şəxslərin cinayət işində zərərçəkmiş qismində tanınan, Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı Neman Kərimov bu dəfə onlarla bağlı məhkəmə müraciət edib.
N.Kərimov A.Çovdarov və S.Məmmədovun barəsində mülki qaydada Xəzər Rayon Məhkəməsinə iddia irəli sürüb.
Belə ki, o, general və polkovnikdən 216 min manat dəyərində həm mənəvi, həm də maddi təzminat tələb edib.
Xəzər Rayon Məhkəməsində hakim Tərlan Əkbərovun sədrliyi ilə keçiirlən prosesdə qərar elan olunub.
Qərara əsasən, N.Kərimovun iddiası təmin edilməyib.
Qeyd edək ki, 2015-ci ildə həbs edilən A.Çovdarov və S.Məmmədovun ittiham aktına əsasən, N.Kərimov və dayısı oğlu Elçin Mövsümov “Elit” otelində iki qızla qalarkən MTN əməkdaşları basqın edib və onları nazirliyə aparıblar. Nazirliyin inzibati binasında isə ona Sevinc Rüstəmovaya 30 min manat borcu olduğunu deyiblər.
Daha sonra MTN əməkdaşları N.Kərimovu buraxmaq üçün əvvəl 250 min manat pul istəyib və 80 min manata razılaşıblar. N.Kərimovun dayısı Zakir Mövsümov 80 min manat pul gətirərək, MTN zabitlərinə verib və onu buraxıblar.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı