Azərbaycan İdeyası

Bakıda “qızları onlayn satışa çıxaran” fırıldaqçı peyda olub - VİDEO

Tarix:26-11-2018, 13:30
Baxış Sayı:234

Bakıda “qızları onlayn satışa çıxaran” fırıldaqçı peyda olub - VİDEO


“Instagram”da qızların satışı ilə məşğul olan şəxs peyda olub. O, qızların yaşları və qiymətlərini qeyd edir, şəkillərini paylaşır, müəyyən məbləğ qarşılığında görüş təşkil edir. Cinsiyyəti bəlli olmayan həmin şəxs “Instagram” səhifəsindən çağırış edərək müxtəlif intim təkliflər edir, qızları satışa çıxarır. O, müxtəlif qiymətlərə həm görüntülü, həm də səsli intim danışıqları təklif edir. Satışa çıxardığı qızlar arasında azyaşlılar da var.
“Baku TV”nin əməkdaşı həmin şəxslə əlaqə yaratmağa çalışdı.
““İnstagram”dan ona yazaraq xidmətlər haqqında məlumat aldı. Təkidlə nömrəsini əldə etməyə çalışsa da, o, nömrəsini verməkdən imtina etdi.
Bank hesabına dediyi məbləği köçürdükdən sonra nömrəsini verəcəyini bildirdi. Həmin şəxs əməkdaşımızın ona verdiyi suallardan hiddətlənərək qeyri-etik sözlər işlətməkdən də çəkinmədi.
Məsələni daha dərindən araşdırmaq üçün onun dediyi məbləği bank hesabına köçürdük.
Ödədiyimiz məbləğin qəbzini ona göndərdik. Həmin şəxs evə çatdıqdan sonra görüntülü danışacağını desə də, fikrindən daşınaraq əvəzində video atmağı təklif etdi.
Əməkdaşımız həmin fırıldaqçının əməllərini daha aydın üzə çıxartmaq üçün təkidlə nömrəsini istəyib görüntülü danışmağı tələb etdi. Əvəzində isə həmin şəxs kontakta keçdiyimiz “Instagram” hesabını əngəllədi. Yeni hesabla başqa müştəri olaraq müraciət etdik. Eyni mənzərə ilə qarşılaşdıq. Qeyd edək ki, pul göndərdiyimiz bank hesabı Abdulova Arzu Gülbala qızına məxsusdur.
Azyaşlı uşaqların da sosial şəbəkə istifadə etdiyini nəzərə alsaq, hüquq-mühafizə orqanlarının bununla bağlı ciddi tədbir görəcəklərini düşünürük”, - deyə “Baku TV”nin reportajında qeyd edilir.




Oxu.az

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı