Главная > Cəmiyyət / Gündəm > Astarada çay daşıb, bir neçə körpünü sel aparıb

Astarada çay daşıb, bir neçə körpünü sel aparıb


18-09-2023, 09:59. Разместил: Xuraman Quliyeva
Astarada çay daşıb, bir neçə körpünü sel aparıb
Astarada Pensərçay daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub.

Cənub büromuzun məlumatına görə, ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib.

Bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Sel suları əsasən rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində vətəndaşların həyətyanı sahələrinə dolub. Meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.

Hazırda bölgədə intensiv yağış davam edir.
Вернуться назад