Azərbaycan İdeyası

Ərdoğandan sərt xəbərdarlıq: Bazarın sabitliyini pozanlar məsuliyyət daşıyacaqlar

Tarix:29-09-2026, 09:30
Baxış Sayı:8

Ərdoğandan sərt xəbərdarlıq: Bazarın sabitliyini pozanlar məsuliyyət daşıyacaqlar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fond bazarının məhdud seqmentində yaranan vəziyyətin ölkənin maliyyə sistemi üçün təhlükə yaratmadığını bəyan edib.

Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra çıxış edən Ərdoğan vurğulayıb ki, dövlət vətəndaşların hüquqlarının qorunması və iqtisadi sabitliyin təmin edilməsi üçün zəruri tədbirlər görəcək.
"Xalqımızın hüquqlarına, qanununa, mülkiyyətinə və əmlakına qəsd edən hər kəs qarşısında bizi və dövləti görəcək", - deyə Prezident bəyan edib.

Ərdoğan qeyd edib ki, baş verənlər fond bazarının məhdud seqmenti ilə bağlıdır və Türkiyənin maliyyə sisteminə hər hansı riskin yayılmasından xəbər vermir. Onun sözlərinə görə, hakimiyyət orqanları vəziyyəti diqqətlə izləyir və qanunvericilik çərçivəsində zəruri tədbirlər görür.

Prezident bildirib ki, Türkiyənin kapital bazarı dayanıqlığını qoruyub saxlayır və möhkəm təmələ malikdir. O xəbərdarlıq edib ki, əməlləri bazarın sabitliyini pozan kimi qiymətləndirilən şəxslər qanuna uyğun olaraq məsuliyyət daşıyacaqlar.

"Söhbət vətəndaşlarımızın rifahından, iqtisadi təhlükəsizlikdən, 86 milyon insanın firavanlığından və inkişafından gedəndə biz zərrə qədər də tərəddüd göstərmirik", - deyə Ərdoğan vurğulayıb.

Prezident həmçinin bildirib ki, hakimiyyət orqanları qapalı fondların fəaliyyətinin tənzimlənməsi istiqamətində işləri davam etdirir. Onun sözlərinə görə, kapital bazarının xüsusiyyətləri nəzərə alınmaqla bu proses xüsusi diqqətlə həyata keçirilir, zəruri inzibati və hüquqi tədbirlər isə hüquqi dövlət prinsiplərinə uyğun olaraq görüləcək.

Xatırladaq ki, Türkiyənin Kapital Bazarları Şurası sentyabrın 17-də yeddi idarəedici şirkətin 131 investisiya fondunun ləğv edilməsi barədə qərar qəbul edib. Qərara bəzi fondların vəsaitlərin çıxarılması üzrə müraciətləri yerinə yetirərkən yaranan problemlər səbəb olub.

Bu fondların çoxu üçrəqəmli gəlirlilik təklif edirdi. Onlara 455 mindən çox investor sərmayə qoymuşdu və aktivlərin ümumi həcmi 18 milyard dollar qiymətləndirilirdi.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı