Azərbaycan İdeyası

Cəbrayıl "Porsche"si ilə 7 maşını əzdi

Tarix:4-11-2015, 13:22
Baxış Sayı:404

Sürücü yüksək sürətlə hərəkət edib.
Moskvada Krım körpüsündə 7 maşının iştirakı ilə qəza baş verib. Zəncirvari qəzanın səbəbkarı "Porsche Panamera" markalı avtomobilin sürücüsü olub.
"Korrupsiya və Qanun" qəzeti TASS-a istinadən xəbər verir ki, qəza körpünün "Park kulturı" metrostansiyası istiqamətindəki çıxışında baş verib.
İlkin məlumata əsasən, sürücü digər maşınları ötərək yüksək sürətlə hərəkət edib.
"Toqquşma baş verib, bundan sonra avtomobillər əks istiqamət zolağına sıçrayıblar", - paytaxtın hüquq-mühafizə orqanlarından agentliyə məlumat veriblər.
Hal-hazırda Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşları baş verən fakt üzrə yoxlama aparırlar.
Qəzada üç nəfər xəsarət alıb. Onların vəziyyəti barədə məlumat verilməyib.
LifeNews-un məlumatına əsasən, qəzanın səbəbkarı Cəbrayıl A.-dır.
Telekanalın məlumatına görə, o "Porsche"nin sahibi deyil. Avtomobil biznesmen Lazer Balakərimova məxsusdur, LifeNews-dan olan mənbə dəqiqləşdirib.
Nəşr əlavə edib ki, xəsarət alan iki nəfər - "Ford Focus"un sürücüsü və "Chevrolet Lacetti"nin sərnişinidir.
Onlar xəstəxanaya çatdırılıblar, sonuncu beyin silkələnməsi, sınıq və əzik xəsarətləri alıb. Qəza noyabrın 3-də, çərşənbə axşamı baş verib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı