Azərbaycan İdeyası

Qəhvə və çay içənlərə həkimdən QORXUNC XƏBƏRDARLIQ: Sümükləriniz əriyir

Tarix:20-06-2019, 13:20
Baxış Sayı:174



Türkiyəli fizioterapevt Əhməd Çapar həddindən artıq çay və qəhvə içən insanları xəbərdar edib.
Korrupsiya-q.az xəbər verir ki, mütəxəssis kafeinin həzm sistemindən kalsiumun sovrulmasını azaltdığını və böyrəklərdən kalsiumun atılması prosesini artırdığını deyib. Həkim qeyd edib ki, Türkiyədə erkən yaşlanma və sümük əriməsi (osteoporoz) xəstəliyinin yaranma səbəblərindən biri də çox çay içməkdir. Sümük əriməsinin səssiz bir xəstəlik olduğunu ifadə edən Əhməd Çapar onun sınıq olana qədər yavaş-yavaş irəlilədiyini deyib:
"Həyatın erkən mərhələlərində sümük parçalanır və davamlı olaraq bərpa edilir, bu, sümüklərin yenidən qurulması kimi tanınan bir prosesdir. Sümüyün qalınlaşması xüsusilə 20 yaşa yaxın başa çatır. Sümüklərin zəifləməsi adətən 30 yaşdan sonra başlayır. Sümüklər daha çox kalsium itirir. Sümüklərin yenidən qurulması daha ləng gedir və sümüklər incəlməyə doğru gedir.
Qadınlarda menopozdan 5-7 il keçdikdən sonra sümük əriməsi sürətlənir. Sümük əriməsinin sürətli postmenopozal artımı sümüklərdə kalsiumu saxlamağa kömək edən estrogen hormonlarının azalması ilə bağlıdır. Yaş artdıqca sümük əriməsi normaldır, lakin bəzi qadınlarda sınıq olması riski daha yüksəkdir. Skelet quruluşu miniatür olan xanımlar, siqaret çəkən qadınlar və ya oturaq həyat tərzi yaşayan insanlar yüksək risk altındadır.
Sümük əriməsini riskini tamamilə sıfıra endirən bir müalicə yoxdur. Ancaq həyat tərzinizdə dəyişikliklərlə qarşısını ala bilərsiniz. Daimi məşq proqramları bütün yaşlarda çox faydalıdır. Müəyyən yaşdan sonra rasiona kalsiumla zəngin qidalar daxil edilməli, lazım gələrsə, kalsium həbləri qəbul edilməlidir".
Mütəxəssis sonra əlavə edib ki, sümük əriməsindən qoruyan ən faydalı qidalar süd və süd məhsullarıdır:
"Pendir və digər süd məhsulları kalsiumla zəngindir. Bundan əlavə, tərəvəzlər, paxla, qoz-fındıq, D vitamini və taxıl baxımdan zəngin qidalar sümük əriməsi prosesini ləngidir. Sümüklərin güclənməsində D vitaminin rolu böyükdür. O, həzm sistemində kalsiumun mənimsənilməsini artıraraq sümükləri gücləndirir. Gündə 15 dəqiqə günəş işığında olmaqla dəri gündəlik D vitamini ehtiyacını ödəyir.
Sümük əriməsinin qarşısını almaq üçün qəhvə və çay miqdarı məhdudlaşdırılmalıdır. Kofein, siqaret və alkoqol həzm sistemindən kalsiumun mənimsənilməsini azaldır və böyrəklərdən kalsiumun xaric olmasını artırır. Əgər qəhvəsiz qala bilmirsinizsə, kalsium əlavələri qəbul edin".

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı