Azərbaycan İdeyası

İmişlidə bir ailə turşudan zəhərlənib, ana ölüb, ata ilə qızı ağır vəziyyətdədir

Tarix:13-02-2020, 11:15
Baxış Sayı:117


İmişlidə məcburi köçkün kimi məskunlaşan Ağdam sakinləri konservləşdirilmiş turşudan zəhərlənib, ana ölüb, ata və qızı ağır vəziyyətdədir.
APA-nın Mil-Muğan bürosu xəbər verir ki, Ağdam sakinləri - 1971-ci il təvəllüdlü Ağayev Elman Mahmud oğlu, həyat yoldaşı, 1968-ci il təvəllüdlü Ağayeva Səyalı Sarış qızı və onların qızları - 2005-ci il təvəllüdlü Ağayeva Samirə Elman qızı zəhərlənmə diaqnozu ilə İmişli Mərkəzi Rayon Xəstəxanasının İnfeksion şöbəsinə yerləşdirilib.
Vəziyyətləri ağır olan ər və arvad daha sonra paytaxtda yerləşən 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə göndərilib. Vəziyyəti ağır olan Səyalı Ağayeva orada dünyasını dəyişib. Elman Ağayevin isə kritik vəziyyətdən çıxdığı bildirilir.
İmişli MRX-dən verilən məlumata görə, hazırda ailənin 15 yaşlı qızı komatoz vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsinə yerlşdirilib. Vəziyyəti ağır olduğundan Bakıya göndərilməyib. Paytaxtdan ezam olunan həkimlər briqadası tərəfindən ona yardımlar göstərilir.
Zəhərlənməyə səbəb konservləşdirilmiş pomidor turşusundan hazırlanan xörək olub. İlkin olaraq onlara botulizm diaqnozu qoyulub.
Faktla bağlı arşadırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR
Cəmi bir saniyə fərqlə dünya rekordunu yenilədi
Cəmi bir saniyə fərqlə dünya rekordunu yenilədi
Dövlətçilik tariximizin şanlı salnaməsi
Dövlətçilik tariximizin şanlı salnaməsi
Hava dəyişir: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Hava dəyişir: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"
Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"
Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir