Azərbaycan İdeyası

Göygöl sakininin evindən narkotik və sursat tapılıb

Tarix:31-07-2020, 16:41
Baxış Sayı:306



Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Göygöl rayon sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı Vüqar Cəfərov saxlanılıb. Onun rayonun Üçtəpə kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan əkilmiş və xüsusi qaydada qulluq edilmiş ümumilikdə 55 ədəd çətənə kolu, yaşayış evinin yataq otağından 6.02 qram qurudulmuş marixuana, 3.15 qram çətənə kollarına məxsus toxum, eyni zamanda 52 ədəd müxtəlif çaplı ov tüfənginə məxsus patron və 6 ədəd 7.62 kalibirli avtomat patronları aşkar aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Dindirilmə zamanı V. Cəfərov çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.
Faktla bağlı Göygöl RPŞ-də araşdırma aparılır.Göygöl sakininin evindən narkotik və sursat tapılıb

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı