Azərbaycan İdeyası

Təhsil nazirliyi mühüm MƏLUMAT YAYDI

Tarix:6-01-2021, 12:35
Baxış Sayı:93

Ötən il Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 oktyabrdan 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Qərara əsasən, qeyd edilən dövr ərzində ölkədə fəaliyyət göstərən məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti də tamamilə dayandırılıb. Bu səbəbdən məktəblərdə qış tətilinin ləğv olunacağı ilə bağlı məlumatlar yayılıb.
Korrupsiya-q.az xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ümumi təhsil müəssisələrində tədris ilinin müddəti (o cümlədən, tətillərin vaxtı və müddəti) Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Qış tətili ilə bağlı xüsusi qərar qəbul edilməyib.
Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayevin 2020-2021-ci tədris ili üçün əsas tədris planlarına dair əmrinə görə, qış tətilinin müddəti 27-31 yanvarda olur. Tədrisin birinci yarımili 15 sentyabr-26 yanvar, ikinci yarımili 1 fevral-14 iyun tarixlərini əhatə edir.

Metbuat.az

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı