Azərbaycan İdeyası

Əfvlə bağlı ŞAD XƏBƏR

Tarix:8-02-2021, 16:19
Baxış Sayı:91


Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.
Bu barədə APA-ya açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.
O bildirib ki, əfv sərəncamının imzalanması Prezidentin müstəsna səlahiyyətidir: "Ənənəvi olaraq, hər il Novruz bayramında Prezident tərəfindən əfv sərəncamı imzalanır. Sonuncu sərəncam 2019-cu ildə Novruz bayramı ərəfəsində olub. Ötən il isə pandemiya ilə əlaqədar aprel ayında yaşı 65-dən yuxarı, risk qrupuna aid bəzi məhkumların cəzaçəkmədən azad olunması ilə bağlı Prezident İlham Əliyev tərəfindən sərəncam imzalandı. Azərbaycan Ali Baş Komandanın rəhbərliyi ilə Vətən Müharibəsində böyük bir qələbə qazandı, ordumuz işğal olunmuş torpaqlarımızı düşməndən azad etdi. Bu, böyük qələbədir. Bu qələbə münasibətilə də düşünürəm ki, əfv sərəncamının imzalanması gözləniləndir".
Ə. Nuriyev deyib ki, qarşıdakı aylarda amnistiya aktının da qəbul ediləcəyi gözləniləndir: "Bu, hazırda cəmiyyətdə çox müzakirə olunan mövzulardan biridir. Sonuncu Amnistiya aktı 2016-cı ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunub. Ümumiyyətlə Azərbaycanda son 4 amnistiya aktının təşəbbüskarı Mehriban xanımdır".
Əfv Komissiyasının üzvü onu da qeyd edib ki, indiyə qədər hələlik komissiyanın iclası keçirilməyib.
APA-nın əldə etdiyi məlumata görə, Əfv Komissiyasının yeni tərkibdə ilk iclasının bu həftə keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il sentyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı