Azərbaycan İdeyası

Bulvarda qızı xilas edən mühafizəçi: ''Dənizdən qışqırıq səsi gəldi''

Tarix:16-08-2016, 11:06
Baxış Sayı:367

Bulvarda qızı xilas edən mühafizəçi: ''Dənizdən qışqırıq səsi gəldi''
Ötən gün səhər saatlarında Dənizkənarı Milli Parkda gənc qız intihara cəhd edib. Lakin çevik davranan bulvar mühafizəçisi qızın həyatını xilas edib. Qaynarinfo.az saytına eksklüziv müsahibə verən 21 yaşlı Mahmud Bağırzadə suallarımızı cavablandırdı:

- Mahmud, hadisə necə oldu?

- Səhər 6-7 radələri idi. Dənizdən qışqırıq səsi gəldi. Tez qaçdıq suya tərəf. Gördük ki, batır. Növbə rəisinə deyib suya atıldım.

- Dərinlik neçə metr olardı ? Suya tullananda qorxmadın batarsan?

- Üzməyi bacardığım üçün qorxmadım, həm də o anda fikirləşmək olmur. Dərinlik 3-4 metr olardı. Çünki əvvəl tullananda elə bildim ki, başım daşa dəyə bilər. Suda amma gördüm dərindir. Tez qızın arxasına keçib saçından tutdum. Bəxtim gətirdi ki, dənizin divar hissəsində dəmir var idi tutmağa. Bir əlim dəmirdə, bir əlim isə qızın saçlarında idi. Xilasedici gəmi tez özünü yetirdi.

- Əvvəllər belə halla rastlaşmısan?

- Bir dəfə Beyləqanda olarkən çayda batan oğlanı xilas etmişəm. Üzgüçülüklə az da olsa məşğul olmuşam.

- Qızın vəziyyəti necədir?

- Sudan çıxardanda özündə deyildi. Bu gün eşitdim ki, reanimasiyadan palataya köçürdürlər.

- Heç təşəkkür edən oldu?

- Açığı bunu təşəkkür üçün etməmişdim. Ancaq həm Bulvar İdarəsi, həm də qızın atası təşəkkürünü bildirdi.

- Evdən valideynlərinin reaksiyası necə oldu?

- Həm narahat oldular, biləndəki belə bir iş görmüşəm sevindilər. Anamın təzyiqi qorxundan hələ də aşağı düşməyib. 7 aydır ki, Dənizkənarı Milli Parkda mühafizəçi çalışan Mahmud Bağırzadə sabahdan öz işinə davam edəcək.
Bulvarda qızı xilas edən mühafizəçi: ''Dənizdən qışqırıq səsi gəldi''
Bulvarda qızı xilas edən mühafizəçi: ''Dənizdən qışqırıq səsi gəldi''

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Misirdə güclü zəlzələ baş verib
Misirdə güclü zəlzələ baş verib