Azərbaycan İdeyası

Əli Kərimlinin əmisi oğlu qaziyə qarşı dələduzluq edib+FOTO

Tarix:7-11-2023, 19:05
Baxış Sayı:120

Əli Kərimlinin əmisi oğlu qaziyə qarşı dələduzluq edib+FOTO
Saatlı rayonu, Əbilkənd kəndində qeydiyyatda olan və yaşayan Həsənov Vilayət İlqar oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, dələduzluq əməlinə məruz qaldığını, pulunun mənimsənildiyini bildirmişdir.
Özü haqda məlumat verən Vilayət Həsənov qeyd edir ki, 2017-ci ildə həqiqi hərbi xidmətdə olub. 2020-ci ildə Vətən müharibəsində iştirak edib, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, Xocavəndin azad olunmasına görə”, Şuşanın azad olunmasına görə” medalları ilə, Azərbaycan Respublikasının Baş nazirinin 2022-ci il 21 aprel tarixli qərarı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir.
III qrup Vətən müharibəsi əlili Vilayət Həsənov yazır ki, 2021-ci ildə anasının manqa başçısı işlədiyi Sabirabad rayonunda fermer Nuhəli Kərimova məxsus pambıqçılıq təsərrüfatına gedib və ondan yüngül bir işlə təmin olunmasına köməklik göstərməsini xahiş edib. Şikayətçinin sözlərinə görə, Nuhəli Kərimov onun səhhətində problem olduğunu sezib, əlillik statutusunun olub-olmadığını soruşub. Vilayət III qrup əlil olduğunu bildirəndə Nuhəli ona “sənə I qrup düşür, sənə I qrup əlillik statusu almaqda kömək edə bilərəm” deyib.
Bir neçə gün sonra Vilayət və anası Nuhəli ilə görüşəndə fermer onlara deyib ki, 3000 (üç min) manat pul düzəltsələr, Bakıda tanıdığı Şövkət adlı şəxsin və Veysəl həkimin əli ilə məsələni həll edə bilər. Həmçinin, qeyd edib ki, bu, işin düzəlməsi üçün aşağı məbləğdir, onlara güzəşt edir.
Vilayətin sözlərinə görə, daha bir neçə gün sonra Nuhəliyə evində 1700 (bir min yeddi yüz) manat pul veriblər. Daha sonra Nuhəlinin göstərişi ilə “20 Yanvar” dairəsində görüşdükləri Şövkət adlı şəxsə 1000 (bir min) manat veriblər. Qalan 300 (üç yüz) manatı Nuhəliyə sonradan hissə-hissə ödəyiblər. Amma 2021-ci ildən bu yana Nuhəli onlar üçün nə vəd etdiyi işi görüb, nə də pullarını qaytarıb. Məcbur olub Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin “161” qaynar xəttinə şikayət ediblər. 14.07.2023-cü il tarixdə DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsindən Vilayət Həsənova cavab olaraq bildirilib ki, iş üzrə Saatlı rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır. Amma bu günə qədər Saatlı RPŞ nəticə barədə ona heç bir məlumat verilməyib. 04.08.2023-cü il tarixdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Vilayət Həsənovun Nuhəli Kərimov tərəfindən dələduzluğa məruz qalması ilə bağlı müraciətini baxılması üçün Saatlı rayon prokuroru, baş ədliyyə müşaviri Adil Vəliyevə göndəmişdir.
Vilayət Həsənovun daha öncə Saatlı rayon Polis Şöbəsinə verdiyi ərizə üzrə Xəyal adlı polis təhqiqatçısı aparıb. Təhqiqatçı ona işi məhkəməyə verməyin məqsədəuyğunluğunu deyib, Nuhəlinin pulu hissə-hissə ödəməyi ilə razılaşmağı təklif edib. Vilayətin anası bu təkliflə razı olmayıb, təhqiqatçıya xatırladıb ki, oğlu Nohəli onun oğlundan borc almayıb, dələduzluq yolu ilə pulunu mənimsəyib.
Axırıncı dəfə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Preventiv Tədbirlər və Təhqiqat İdarəsinin rəis müavini Kazım Həmzətov şikayətçiyə cavab yazıb ki, onun müraciəti baxılması üçün aidiyyəti üzrə göndərilməsindən ötrü Baş Prokurorluğun Daxili İşlər Orqanlarının İstintaq, Təhqiqat və Əməliyyat-Axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə təqdim edilmişdir.
Vilayət Həsənov tələb edir ki, onun Şövkət və Veysəl adlı şəxslərlə söhbətlərini əks etdirən telefon danışıqları incələnməlidir.
Ərizəsinin sonunda Vilayət Həsənov qeyd etdiyi faktları ictimailəşdirib geniş oxucu kütləsinə çatdırmağı, aidiyyati orqanlara çatdırmağı redaksiyadan xahiş etmişdir.
Xatırladaq ki, Nuhəli Kərimov AXCP sədri Əli Kərimlinin əmisi oğlu, "Azərbaycan fermeri" qəzetinin baş redaktorudur.
Redaksiya adından Şövkət adlı şəxsin mobil telefon nömrəsinə zəng edib münasibətini soruşduq. Bildirdi ki, o, bu məsələ ilə bağlı polisə də çağırılıb, izahatı alınıb: “Mən polisdə işləmişəm, həkim deyiləm. Bakıya burada təhsil alan övladımın yanına gəlmişdim. Tanışım Veysəl həkim vaxtı olmadığı üçün mənə xahiş edib ki, ora Vilayət adında oğlanla bir qadın gəlib, Bakıya nabələddir, onu müşayiət elə, yol göstər. Mən Vilayətin yalnız terminalda 120 (bir yüz iyirmi) manat rəsmi ödəniş elədiyinin şahidi olmuşam. Veysəl mənə 30 (otuz) manat yol pulu verib, oğlan isə bir –iki dəfə içdiyimiz çayın pulunu ödəyib, vəssalam”.

Xuraman Əhlimanqızı [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlanıb
Azərbaycan əhalisinin sayı açıqlanıb
Zaqatalada leysan yağışları fəsadlar törədib: Çaylardan sel keçib
Zaqatalada leysan yağışları fəsadlar törədib: Çaylardan sel keçib
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”
Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”
2024-cü ilin yanvar-mart aylarında Goranboyda istehlak bazarı
2024-cü ilin yanvar-mart aylarında Goranboyda istehlak bazarı
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
Azərbaycanda minimum əməkhaqqı artırıla bilər
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür