Azərbaycan İdeyası

Uşaqlara alimentin ödənilməsinə ikinci dərəcəli qohumlar kimi baba və nənələri də cəlb etmək lazımdır

Tarix:1-02-2024, 12:57
Baxış Sayı:113

Uşaqlara alimentin ödənilməsinə ikinci dərəcəli qohumlar kimi baba və nənələri də cəlb etmək lazımdır
2024-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manat olacaq. Vətəndaşlar arasında keçirdiyimiz sorğu zamanı şahid olduq ki, bu xəbər boşanan, boşanma ərəfəsində olan insanların bəzilərinin heç də ürəyincə deyil. Alimentin daha da artırılmasını tələb edən də var, “alimenti qadın ödəməlidir” deyən də.
Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, bu qərarın qəbul edilməsində məqsəd boşanmaların sayını azaltmaqdırsa, əksinə olacaq. Belə ki, aliment məbləğinin artırılması boşanmaların sayının artmasına, bəzi qadınlarda boşanmaq üçün stimul yaranmasına səbəb ola bilər. Boşanmaqla problem bitmir. Bəzi şəxslər arasında problemlər boşanandan sonra daha da gərginləşir. Çünki alimenti vermək istəməyən insanın son dayanacağı məhkəmə zalı olur. Sosioloq deyir ki, aliment məbləğinin artırılması da bu gərginliklərə təkan verir.
Deputat Fazil Mustafa isə alimentlərin artırılmasının doğru qərar olduğunu, bu qərarın uşaqların yaxşı yaşaması üçün qəbul edildiyini vurğulayır. Qeyd edək ki, hazırda alimentin minimum məbləği 220 manatdır, 2024-cü ilin yanvar ayından bu rəqəm 235 manat təşkil edəcək.
Ancaq bu məsələdə vəziyyəti yüngülləşdirən amil kimi ikinci dərəcəli qohumların da, məsələn, baba və nənələrin də məsuliyyətinin artırılması çıxış edə bilər.
Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi - 3b, mənzil – 32 ünvanda qeydiyyatda olan Soltanova Svetlana Soltan qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək boşandığı ərindən aliment ala bilmədiyini qeyd edir:
“2005-ci ildə Hüseynxanov Seymur Ələmdar oğlu ilə ailə həyatı qurmuşam. Bu evlilikdən 3 övladımız var. Evləndikdən sonra gördüm ki, yoldaşım mütəmadi olaraq spirtli içkilər qəbul edərək evə sərxoş gəlir, dəfələrlə ailəmizdə münaqişələrə yaranırdı. Müəyyən müddətdən sonra yoldaşım mənə dedi ki, bankdan kredit götürüb gedim Bakıda bir iş sahibi olum. Etiraz etmədim. Evli olduğumuz müddətdə götürdüyüm həmin 5000 (beş min) manat krediti də hazırda özüm ödəməkdəyəm. Onu da qeyd edim ki, qaynatamdan bizə qalan torpaq sahəsi vardı, hansı ki, sonradan əhatəsinə öz hesabıma hasar çəkdirmişəm. Daha sonra yoldaşım qaynatamla həmfikir surətdə həmin torpağı da satdı. 2022-ci ildə boşanmalı olduq. Bundan sonra keçmiş həyat yoldaşım özünə avtomobil aldı. Həmin maşını da yüksək sürətlə idarə etdiyi üçün yol-nəqliyyat hadisəsi törətdi. Maraqlı burasıdır ki, mən ərizə iləşikayət edəndə yoldaşımı tamırdılar, amma hadisə törədən kimi dərhal tapdılar. Özüm dövlət uşaq bağçasında işləyirəm, cəmi 400 (dördü yüz) manat maaş alıram. Üç uşaq anası olaraq, övladlarımın maliyyə problemlərini təkbaşına həll edə bilmirəm. Qızımın biri ali təhsiul müəssisəsində oxuyur, ancaq onun təhsiul haqqını ödəyə bilmirəm. Keçmiş həyat yoldaşım nə aliment ödəyir, nə də uşaqlarının problemləri ilə maraqlanır. Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Asif Allahverdiyevə dəfələrlə alimentlə bağlı müraciət etsəm də, heç bir nəticə yoxdur”.
Svetlana Soltanovanın redaksiyaya təqdim etdiyi sənəd surətləri sırasında Qaradağ Rayon İcra Şöbəsinin “DOST İş Mərkəzi” MMC-ə göndərdiyi 22 fevral 2023-cü il tarixli məktubdan bəlli olur ki, Seymur Hüseynxanovdan 3 (üç) uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa 160 (bir yüz altmış) manat olmaqla, 480 manat məbləğində aylıq alimentin tutularaq Svetlana Soltan qızına ödənilməsinə dair Bakı şəhər Qaradağ rayon məhkəməsinin 18.01.2022-ci il tarixli qətnaməsi icraata daxil olandan sonra borclu alimenti qeyri-müntəzəm ödəmiş, hələ ötən ilin fevral alyında 3200 (üç min iki yüz) manat borcu varmış.
S.Soltanovanın müraciətini ötən il may ayının 31-də müşayiətedici məktubla Ədliyyə nazirinə göndərən Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinə də cavab verilməmişdir.
İcra məmurunun təqdimatı ilə Bakı şəhər Qaradağ rayon məhkəməsinin 14.06.2022-ci il tarixli qərardadı ilə Seymur Hüseynxanova məxsus, onun boşanandan sonra uşaqlarının “boğazından kəsdiyi” pulla aldığı avtomobilin üzərinə həbs qoyulsa da, avtomobilin satılması və əldə olunacaq vəsaitin borcun ödənilməsinə yönəldilməsi təmin olunmamışdır.
Məntiqlə S.Soltanova qeyd edir ki, yaşadıqları ev məhz S.Hüseynxanovla 18 il evli olduqları müddətdə alınıb. Onun kredit borcu S.Hüseynxanovla birgə təsərrüfat apardıqları dövrdə yarandığından həmin borcun da yarısı Seymurun üzərinə düşməli idi. Lakin görünür, S.Soltanova məhkəmədə bu məsələni qaldırmayıb.
Bundan başqa, S.Hüseynxanovun valideynləri də baba və nənə kimi nəvələrinin problemləri ilə qayğılanmalıdırlar. Bu məsələdə onlar hüquqi məsuliyyət daşımasalar da, mənəvi borclarını başa düşməlidirlər.

Xuraman Əhlimanqızı [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Güney Azərbaycanda ZƏLZƏLƏ
Güney Azərbaycanda ZƏLZƏLƏ
“Nəyi lazım biliriksə, onu da edəcəyik...” - Milli Məclisdə elə QƏRARLAR verildi ki...
“Nəyi lazım biliriksə, onu da edəcəyik...” - Milli Məclisdə elə QƏRARLAR verildi ki...
Süni ağardılan qənd, saxta düyü — SENSASİON iddialar
Süni ağardılan qənd, saxta düyü — SENSASİON iddialar
Azərbaycan nefti 200 dollara qalxa bilər, əgər...
Azərbaycan nefti 200 dollara qalxa bilər, əgər...
İslama görə nüvə silahı haramdır? - Xameneyi nə demişdi... İLGİNC DETALLAR
İslama görə nüvə silahı haramdır? - Xameneyi nə demişdi... İLGİNC DETALLAR
Bakıda restoranda saxta spirtli içkilər aşkarlanıb
Bakıda restoranda saxta spirtli içkilər aşkarlanıb
Şəhid Qasımov Cahan Xəqani oğlunun anım günü!
Şəhid Qasımov Cahan Xəqani oğlunun anım günü!
Bakıda məktəbdə DƏHŞƏT: ÖLƏN VAR
Bakıda məktəbdə DƏHŞƏT: ÖLƏN VAR